https://sputnik.az/20231025/azerbaycanda-kisi-ve-qadinlarin-orta-ayliq-maas-ferqi-aradan-qaldirilacaq-459931769.html
Azərbaycanda kişi və qadınların orta aylıq maaş fərqi aradan qaldırılacaq
Azərbaycanda kişi və qadınların orta aylıq maaş fərqi aradan qaldırılacaq
Sputnik Azərbaycan
Respublikada kişi və qadınların orta aylıq əməkhaqqı fərqliliyinin aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar nəzərdə tutulub. 25.10.2023, Sputnik Azərbaycan
2023-10-25T14:03+0400
2023-10-25T14:03+0400
2023-10-25T14:03+0400
kişi
cəmiyyət
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
qadın
əmək məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/41229/82/412298223_107:0:1814:960_1920x0_80_0_0_940e4473fed4a1f4a718e04985eabd8a.jpg
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb. Belə ki, respublikada kişi və qadınların orta aylıq əməkhaqqı fərqliliyinin aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar nəzərdə tutulub. Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən ölkəmiz üçün qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı kəskin fərqliliyin (2018-ci ildə qadınlar 360,8 manat, kişilər 670,2 manat, 2019-cu ildə qadınlar 443,4 manat, kişilər 764,8 manat, 2020-ci ildə qadınlar 525,6 manat, kişilər 830,2 manat, 2021-ci ildə qadınlar 552,2 manat, kişilər 851,7 manat) aradan qaldırılması məqsədilə Əmək Məcəlləsində və bu Məcəllədən irəli gələn normativ hüquqi aktlarda müvafiq dəyişikliklər nəzərdə tutulur. Xatırladaq ki, 2019-cu ilin statistikasına əsasən, ölkədə 2,1 milyon nəfər qeyri-fəal əhalinin 1,4 milyon nəfəri və ya 65,8%-i qadınlardır. “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”na görə, Azərbaycanın əmək bazarında qadınlar daha çox az ödənişli və qeyri-rəsmi işlərdə çalışır ki, bu da kişi və qadın əməkhaqqlarında mühüm fərqin mövcudluğuna səbəb olur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41229/82/412298223_320:0:1600:960_1920x0_80_0_0_9a88ffc451f11a5959981e8956eca0e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kişi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, qadın, əmək məcəlləsi
kişi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, qadın, əmək məcəlləsi
Azərbaycanda kişi və qadınların orta aylıq maaş fərqi aradan qaldırılacaq
Respublikada kişi və qadınların orta aylıq əməkhaqqı fərqliliyinin aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar nəzərdə tutulub.
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq.
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.
Belə ki, respublikada kişi və qadınların orta aylıq əməkhaqqı fərqliliyinin aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar nəzərdə tutulub.
Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən ölkəmiz üçün qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı kəskin fərqliliyin (2018-ci ildə qadınlar 360,8 manat, kişilər 670,2 manat, 2019-cu ildə qadınlar 443,4 manat, kişilər 764,8 manat, 2020-ci ildə qadınlar 525,6 manat, kişilər 830,2 manat, 2021-ci ildə qadınlar 552,2 manat, kişilər 851,7 manat) aradan qaldırılması məqsədilə Əmək Məcəlləsində və bu Məcəllədən irəli gələn normativ hüquqi aktlarda müvafiq dəyişikliklər nəzərdə tutulur.
Xatırladaq ki, 2019-cu ilin statistikasına əsasən, ölkədə 2,1 milyon nəfər qeyri-fəal əhalinin 1,4 milyon nəfəri və ya 65,8%-i qadınlardır. “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”na görə, Azərbaycanın əmək bazarında qadınlar daha çox az ödənişli və qeyri-rəsmi işlərdə çalışır ki, bu da kişi və qadın əməkhaqqlarında mühüm fərqin mövcudluğuna səbəb olur.