Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan meyvələri Aİİ ölkələrinin bazarlarında: ixracı necə artırmaq olar?

© Sputnik / Ilham AhmadovGöyçay Nar bayramı
Göyçay Nar bayramı - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Azərbaycanda tərəvəz və meyvə məhsuldarlığı çoxalır, xarici bazarlara, o cümlədən Aİİ ölkələrinə tədarük artır. Azərbaycandan meyvə idxalını artırmaq İttifaq dövlətləri üçün niyə sərfəlidir?
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrindən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı sahəsini inkişaf etdirir və müvafiq olaraq fermerlərin fəaliyyəti üçün əlverişli şərait yaradır. Belə ki, meyvə və tərəvəz istehsalçıları üçün xüsusi güzəştlər və subsidiyalar, həmçinin fermerin məhsulunu itirə biləcəyi demək olar ki, bütün növ riskləri əhatə edən məhsul sığortası proqramı mövcuddur.
Bütün bunlar öz nəticəsini verir - Azərbaycanda tərəvəz və meyvə məhsuldarlığı yüksəlir, xarici bazarlara tədarük artır və bununla da ölkənin qeyri-neft ixracına öz töhfəsini verir.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) fəal şəkildə Azərbaycandan meyvə alır
Eyni zamanda, Azərbaycanın kənd təsərrüfatı məhsullarının mühüm satış bazarı meyvə məhsulunun əhəmiyyətli hissəsinin tədarük olunduğu Avrasiya İqtisadi İttifaqı bazarıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan Aİİ ölkələrinə meyvə tədarükü artıb.
Qeyd edək ki, ötən il respublika 436,3 milyon dollar dəyərində təzə meyvə ixrac edib ki, bu məbləğin də yarıdan çoxu Rusiyanın payına düşüb. Eyni zamanda, son on ildə Azərbaycan xarici bazarlara meyvə ixracını demək olar ki, üç dəfə artırıb.
© Sputnik / Reshad RashidovAzərbaycandan xurma ixracı, arxiv
Azərbaycanda  xurma ixracı ilə bağlı problem   - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Azərbaycandan xurma ixracı, arxiv
Respublika üçün Aİİ ölkələrinin bazarına meyvə tədarük etmək sərfəlidir, çünki logistika bu istiqamətdə qurulub və uzun illərdir uğurla fəaliyyət göstərir. Belə ki, Azərbaycan ilə Rusiya arasında ötən ildən aqrar-sənaye kompleksinin məhsullarının və digər malların dəmir yolu ilə xüsusi təchiz olunmuş konteynerlərlə hər iki istiqamətdə tədarükünü təmin etmək üçün nəzərdə tutulmuş "Agroexpress" fəaliyyət göstərir. Bu layihə sayəsində Azərbaycanın kənd təsərrüfatı məhsulları, o cümlədən meyvələr təzə və ən qısa müddətdə Rusiyada istehlakçılara çatdırılır.
Gələcəkdə Bakı və Moskva birgə layihənin coğrafiyasını genişləndirmək niyyətindədirlər, onun "Avrasiya Agroexpress" ilə inteqrasiyası istisna edilmir ki, bu da Azərbaycana Aİİ bazarında iştirakını genişləndirməyə imkan verəcək.
Nə üçün Aİİ Azərbaycandan meyvə idxalını artırmalıdır?
Rusiya ilə yanaşı, Belarus və Qırğızıstan kimi Aİİ ölkələri demək olar ki, bütün meyvə növlərinin idxalından, Qazaxıstan isə yalnız bəzi növ meyvələrin tədarükündən asılıdır.
Məsələn, 2021-ci ildən etibarən Belarusda Avropadan meyvə idxalına embarqo tətbiq olunub, nəticədə bəzi meyvə növləri nəzərəçarpacaq dərəcədə bahalaşıb. Keçən il Belarus Aİ-dən meyvə tədarükünə qoyulan qadağanı aradan qaldırsa da, idxal olunan Avropa məhsulları kifayət qədər baha başa gəlir.
Eyni zamanda, Belarus Aİ-dən idxalın bir hissəsini Türkiyədən tədarüklə əvəz edib, lakin Avropada türk məhsullarına artan tələbatı nəzərə alaraq, türk meyvələri çox vaxt daha sərfəli Avropa bazarına göndərilir.
Azərbaycan Belarusa meyvə tədarükünü artıra bilərdi, xüsusən də dost olmayan ölkələrdən aqrar-sənaye kompleksinin məhsullarının idxalına qoyulan embarqodan sonra Minsk artıq Azərbaycanın meyvə-tərəvəz məhsullarının idxalını xeyli artırıb. Belə ki, bu yaxınlarda Belarus Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Belarusa tərəvəz və meyvələrin tədarükü üçün etibarlı kanal yaratdığını bildirib. O qeyd edib ki, Cənubi Qafqaz respublikasından belə məhsulların alınmasında artım davam edəcək.
© Sputnik / Leyla AbdullayevaAlma
Alma - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Alma
Qırğızıstan – meyvələr gündən-günə bahalaşır
Aİİ-nin digər ölkəsi olan Qırğızıstanda inflyasiyanın sürətlənməsi üzündən bir sıra ərzaq məhsullarının, o cümlədən təzə meyvələrin qiymətləri artıb. Belə ki, ölkədə 2020-ci pandemiya ilində başlayan inflyasiya prosesləri ötən il və bu il, xüsusilə dolların yerli valyutaya nisbətdə bahalaşmasına görə davam edib.
Nəticədə bir sıra ərzaq məhsulları, o cümlədən meyvələr xeyli bahalaşıb, tədarükün şaxələndirilməməsi isə vəziyyəti daha da gərginləşdirib.
Bundan əlavə, Mərkəzi Asiya respublikasında aqrar-sənaye kompleksinin məhsullarının bahalaşmasına səbəb olan digər amil quraqlıq olub. Belə ki, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ildə ölkədə su çatışmazlığının yaşanacağını və bunun da məhsuldarlığa əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini bildirib. Qıtlıq olarsa, ölkə ərzaq məhsullarının idxalını artırmağı planlaşdırır və Azərbaycandan tədarük də faydalı olardı.
Bu cür əməkdaşlıq üçün isə şərait artıq qurulur: həm Azərbaycan, həm də Qırğızıstan "Transxəzər marşrutu" nəqliyyat-logistika dəhlizinin iştirakçılarıdır. Bu marşrutun imkanlarının genişləndirilməsi üzrə əməkdaşlıq çərçivəsində Bakı və Bişkek bu istiqamətin rəqəmsallaşdırılması üzrə əlaqələndirilmiş işləri aparmaq niyyətindədirlər. Bu, ölkələrin gömrük orqanlarının işini sinxronlaşdırmağa və bununla da malların hərəkət müddətini azaltmağa imkan verəcək. Beləliklə, Azərbaycan Mərkəzi Asiya bazarındakı payını artıraraq və ixrac istiqamətlərini şaxələndirərək Qırğızıstanda meyvə və digər aqro-sənaye kompleksi məhsulları üçün yeni bazar aça bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0