https://sputnik.az/20231025/azerbaycan-gomruyunun-yeni-inkisaf-modeli-hazirlanib---vdeo-459926656.html
Azərbaycan gömrüyünün yeni inkişaf modeli hazırlanıb - VİDEO
Azərbaycan gömrüyünün yeni inkişaf modeli hazırlanıb - VİDEO
Sputnik Azərbaycan
Əsas məqsəd düzgün istiqamətdə hərəkət etmək, novator olmaq, keyfiyyətə diqqət yetirmək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan... 25.10.2023, Sputnik Azərbaycan
2023-10-25T23:38+0400
2023-10-25T23:38+0400
2023-10-25T23:38+0400
məcburi
azərbaycan xəbərləri
gömrük
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862020_0:319:3074:2048_1920x0_80_0_0_3144f271ab12661f3fceeaf4353850ab.jpg
BAKI, 25 oktyabr — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) yeni gömrük inkişaf modelini hazırlayıb. Bu model özündə 7 əsas komponenti (İstiqamət, Novator, Keyfiyyət, İşgüzar, Şəffaf, Asan, Faydalı) əks etdirir. Yeni gömrük inkişaf modelinə görə, əsas məqsəd düzgün istiqamətdə hərəkət etmək, novator olmaq, keyfiyyətə diqqət yetirmək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdir. Artıq yeni modelin mahiyyəti və məğzi vətəndaşlar və sahibkarlara əlçatan olması üçün müxtəlif ticarət və ictimai iaşə yerlərində yerləşdirlib. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda DGK-nın belə bir modelə keçməsi aparılan şəffaflaşma prosesinin tərkib hissəsi və islahatlara mühüm töhfə kimi qiymətləndirilir. Gömrük orqanlarında aparılan rəqəmsallaşma və şəffaflaşma prosesində indiyə qədər 10-a yaxın layihənin icrası tamamlanıb, bir o sayda da layihənin icrası davam edir və yaxud reallaşdırılması planlaşdırılır. Tamamlanmış layihələr: - Elektron Hesab Səhifəsi; - Gömrük dəyərinə düzəliş bildirişinin 24 saat ərzində verilməsi; - Bildiriş verildikdən sonra təminat əsasında malların buraxılış imkanının yaradılması; - Məcburi qərarların istifadəsi; - Ekspertiza rəyləri üçün vahid bazanın yaradılması; - Sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sistemi; - Avro-4 sertifikatının elektron formada verilməsi; - Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri ilə bağlı təminatın ilkin məbləğinin 5000 manat müəyyən edilməsi. İcrası davam edən layihələr: - Beynəlxalq standartlara uyğunlaşdırılmaqla yeni Gömrük Məcəlləsinin hazırlanması; - Gömrük nəzarətinin risk əsaslı təşkili; - Gömrük portalı və "Smart Customs" mobil tətbiqinin təkmilləşdirilməsi; - Gömrük dəyərinin müəyyən edilməsi üsullarının izahedici qeydləri; - Səlahiyyətli İqtisadi Operator Proqramının tətbiqi; - Gömrük təmsilçilərinin fəaliyyətinin qiymətləndirilməsi yolu ilə təmsilçilik institutunun inkişaf etdirilməsi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862020_712:276:3074:2048_1920x0_80_0_0_75405003b22cad4a406c2e90a2d5db80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məcburi, gömrük, dövlət gömrük komitəsi
məcburi, gömrük, dövlət gömrük komitəsi
Azərbaycan gömrüyünün yeni inkişaf modeli hazırlanıb - VİDEO
Əsas məqsəd düzgün istiqamətdə hərəkət etmək, novator olmaq, keyfiyyətə diqqət yetirmək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdir.
BAKI, 25 oktyabr — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) yeni gömrük inkişaf modelini hazırlayıb.
Bu model özündə 7 əsas komponenti (İstiqamət, Novator, Keyfiyyət, İşgüzar, Şəffaf, Asan, Faydalı) əks etdirir.
Yeni gömrük inkişaf modelinə görə, əsas məqsəd düzgün istiqamətdə hərəkət etmək, novator olmaq, keyfiyyətə diqqət yetirmək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdir. Artıq yeni modelin mahiyyəti və məğzi vətəndaşlar və sahibkarlara əlçatan olması üçün müxtəlif ticarət və ictimai iaşə yerlərində yerləşdirlib.
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda DGK-nın belə bir modelə keçməsi aparılan şəffaflaşma prosesinin tərkib hissəsi və islahatlara mühüm töhfə kimi qiymətləndirilir. Gömrük orqanlarında aparılan rəqəmsallaşma və şəffaflaşma prosesində indiyə qədər 10-a yaxın layihənin icrası tamamlanıb, bir o sayda da layihənin icrası davam edir və yaxud reallaşdırılması planlaşdırılır.
- Elektron Hesab Səhifəsi;
- Gömrük dəyərinə düzəliş bildirişinin 24 saat ərzində verilməsi;
- Bildiriş verildikdən sonra təminat əsasında malların buraxılış imkanının yaradılması;
- Məcburi qərarların istifadəsi;
- Ekspertiza rəyləri üçün vahid bazanın yaradılması;
- Sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sistemi;
- Avro-4 sertifikatının elektron formada verilməsi;
- Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri ilə bağlı təminatın ilkin məbləğinin 5000 manat müəyyən edilməsi.
İcrası davam edən layihələr:
- Beynəlxalq standartlara uyğunlaşdırılmaqla yeni Gömrük Məcəlləsinin hazırlanması;
- Gömrük nəzarətinin risk əsaslı təşkili;
- Gömrük portalı və "Smart Customs" mobil tətbiqinin təkmilləşdirilməsi;
- Gömrük dəyərinin müəyyən edilməsi üsullarının izahedici qeydləri;
- Səlahiyyətli İqtisadi Operator Proqramının tətbiqi;
- Gömrük təmsilçilərinin fəaliyyətinin qiymətləndirilməsi yolu ilə təmsilçilik institutunun inkişaf etdirilməsi.