NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Abşeron" yatağından bu il nə qədər qaz çıxarılacaq? "Fitch" rəqəmi açıqladı

© AP Photo / HENNY RAY ABRAMSFitch
Fitch - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
"Abşeron" yatağı istismara veriləndən indiyədək 453 mln. kubmetr qaz çıxarılıb.
BAKI, 25 oktyabr — Sputnik. Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağından bu il 707 mln. kubmetr qaz hasil olunacaq.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Məlumata görə, bu il yataqdan 1,8 mln. barel qaz kondensatı da hasil ediləcək.
Qeyd edək ki, "Abşeron" yatağı istismara veriləndən indiyədək 453 mln. kubmetr qaz çıxarılıb.
Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatı 1,5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır.
Xatırladaq ki, bu ilin avqustunda SOCAR, "TotalEnergies" və ADNOC şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb.
Xəbər lenti
0