Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Xankəndi Dövlət Pedaqoji İnstitutu fəaliyyətini bərpa edir? - Nazirlikdən açıqlama

© Sputnik / Murad OrujovXankəndi
Xankəndi - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Artıq Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi İnstitutun fəaliyyətinin bərpasını gündəmə gətirir.
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanın təhsil ocaqları da uzun illər ermənilərin işğalından əziyyət çəkib. Onlardan biri də Qarabağda yeganə ali məktəb olan Xankəndi Dövlət Pedaqoji İnstitutu olub. Ermənilər Qarabağda özlərinə yer etikdən sonra azərbaycanlıları bu təhsil ocağından kənarlaşdırmışdılar. İnstitutun adı isə saxtalaşdırılaraq dəyişdirilmişdi. Artıq Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi İnstitutun fəaliyyətinin bərpasını gündəmə gətirir.
Bəs Xankəndi Dövlət Pedaqoji İnstitutu fəaliyyətini bərpa edə bilərmi?
Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Trend-in sualına cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər ki, mövzu hazırda müzakirə mərhələsindədir.
"Müzakirənin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.
Xəbər lenti
0