https://sputnik.az/20231024/sgal-zamani-torpaqlarimizda-qanunsuz-meskunlasdirilanlar-geri-qayida-bilmez---deputat-459895199.html
İşğal zamanı torpaqlarımızda qanunsuz məskunlaşdırılanlar geri qayıda bilməz - Deputat
İşğal zamanı torpaqlarımızda qanunsuz məskunlaşdırılanlar geri qayıda bilməz - Deputat
Sputnik Azərbaycan
A.Quliyev vurğulayıb ki, işğal edilən ərazilərin qanunsuz məskunlaşdırılması müharibə cinayəti hesab olunur və bu cinayəti törədənlərin bir neçəsi həbs olunub... 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T13:14+0400
2023-10-24T13:14+0400
2023-10-24T13:14+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
köç
geri
məskunlaşma
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455277663_0:160:3072:1888_1920x0_80_0_0_9433ddd5f859e55a3801425f6ca4cbaa.jpg
BAKI, 24 oktyabr - Sputnik. "Nikol Paşinyan hökuməti “köç” rəqəmini şişirtməklə xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir". Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, Qarabağdan köç edən 100 min erməninin Ermənistanda guya humanitar böhran yaratması barədə müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və Qərb mətbuatında çox danışılır:Deputat bildirib ki, nə 120 min, nə də 100 min rəqəmi həqiqəti əks etdirmir və bu Ermənistanın rəqəmləri manipulyasiya etməsindən başqa bir şey deyildir:"Heç kimə sirr deyil ki, Paşinyan hökuməti “köç” rəqəmini şişirtməklə həm xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir, həm də həmişəki kimi icad etdiyi “humanitar böhran”ı Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etmək istəyir. O ki qaldı Ermənistana gedən Qarabağ ermənilərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün tələb olunan vəsaitə, BMT bu rəqəmi 100 milyon dollar civarında olduğunu müəyyən edib. Bu vəsaiti təmin etmək üçün isə xaricdən pul dilənməyə ehtiyac yoxdu, ona görə ki, Ermənistanın dövlət büdcəsindən 2023-cü il üzrə Qarabağ erməniləri üçün qanunsuz olsa da 370 milyon dollar vəsait ayrılmışdı. Bu vəsaitlə Qarabağ ermənilərinin bütün xərclərini artıqlaması ilə qarşılamaq mümkündür". Deputat xatırladıb ki, Ermənistan Azərbaycanın Qarabağdan gedən ermənilərin qeyd-şərtsiz Qarabağa geri qayıtmalarını təmin etməli olduğunu bildirib:A.Quliyev vurğulayıb ki, işğal edilən ərazilərin qanunsuz məskunlaşdırılması müharibə cinayəti hesab olunur və bu cinayəti törədənlərin bir neçəsi həbs olunub və hal-hazırda istintaq təcridxanasında müstəntiqlərimizin suallarını cavablandırırlar:"Eyni zamanda geri dönüş bir tərəfə deyil, hər iki tərəfə olmaldır, yəni Qərbi Azərbaycandan qovulan 300 min soydaşımız da təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə və doğma toqpaqlarına geri dönmək imkanı əldə etməlidirlər". Xatırladaq ki, Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Qarabağı könüllü tərk etmək istəyən erməni sakinlərin ölkə ərazisindən təhlükəsiz və rahat çıxışına şərait yaradılıb. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün lazımi tədbirlər görülür. Ermənistanla sivil dövlətlərarası münasibətlər qurulması məqsədi ilə Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh danışıqları davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455277663_171:0:2902:2048_1920x0_80_0_0_2d90ae94fb7830e51e74397614ae79fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ermənistanın baş naziri nikol paşinyan, köç, geri, məskunlaşma
ermənistanın baş naziri nikol paşinyan, köç, geri, məskunlaşma
İşğal zamanı torpaqlarımızda qanunsuz məskunlaşdırılanlar geri qayıda bilməz - Deputat
A.Quliyev vurğulayıb ki, işğal edilən ərazilərin qanunsuz məskunlaşdırılması müharibə cinayəti hesab olunur və bu cinayəti törədənlərin bir neçəsi həbs olunub və hal-hazırda istintaq təcridxanasında müstəntiqlərimizin suallarını cavablandırırlar.
BAKI, 24 oktyabr - Sputnik. "Nikol Paşinyan hökuməti “köç” rəqəmini şişirtməklə xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir". Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağdan köç edən 100 min erməninin Ermənistanda guya humanitar böhran yaratması barədə müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və Qərb mətbuatında çox danışılır:
"Ancaq biz yaxşı bilirik ki, Ermənistan bütün məsələlərdə olduğu kimi, Qarabağ ermənilərinin sayında yenə də manipulyasiyaya və təhrifə yol verir. Axı 5-6 həftə bundan öncə bütün dünya erməniləri və onları dəstəkləyən ölkələr səs-küy salırdılar ki, Qarabağda 120 min erməni var və onlar “blokada”dan əziyyət çəkirlər. İndi isə deyirlər ki, Qarabağdan köç edənlərin sayı 100 min, orda qalanların sayı isə 50 nəfərdir. Sual olunur, iddia etdiyiniz 120 min adamın 20 mini hardadı? Bəs, onlar hara qeyb oldular? Yoxsa, başqa planetə köçdülər, xəbərimiz yoxdur?".
Deputat bildirib ki, nə 120 min, nə də 100 min rəqəmi həqiqəti əks etdirmir və bu Ermənistanın rəqəmləri manipulyasiya etməsindən başqa bir şey deyildir:
"Heç kimə sirr deyil ki, Paşinyan hökuməti “köç” rəqəmini şişirtməklə həm xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir, həm də həmişəki kimi icad etdiyi “humanitar böhran”ı Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etmək istəyir. O ki qaldı Ermənistana gedən Qarabağ ermənilərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün tələb olunan vəsaitə, BMT bu rəqəmi 100 milyon dollar civarında olduğunu müəyyən edib. Bu vəsaiti təmin etmək üçün isə xaricdən pul dilənməyə ehtiyac yoxdu, ona görə ki, Ermənistanın dövlət büdcəsindən 2023-cü il üzrə Qarabağ erməniləri üçün qanunsuz olsa da 370 milyon dollar vəsait ayrılmışdı. Bu vəsaitlə Qarabağ ermənilərinin bütün xərclərini artıqlaması ilə qarşılamaq mümkündür".
Deputat xatırladıb ki, Ermənistan Azərbaycanın Qarabağdan gedən ermənilərin qeyd-şərtsiz Qarabağa geri qayıtmalarını təmin etməli olduğunu bildirib:
"Buradakı “qeyd-şərtsiz” ifadəsi başadüşülən və qəbuledilən deyil. Əlbəttə, Azərbaycan hökuməti Qarabağ ermənilərinin geri dönməsində maraqlıdır və bu istiqamətdə müvafiq tədbirlər görülür. Lakin geri dönüş Azərbaycanın vətəndaşlığını və yurisdiksiyasını qəbul edən Qarabağın əsl sakinlərinə şamil ediləcək. İşğal zamanı başqa ölkələrdən, o cümlədən Yaxın Şərqdən gətirilib torpaqlarımızda qanunsuz məskunlaşdırılanlar heç bir halda geri qayıda bilməz".
A.Quliyev vurğulayıb ki, işğal edilən ərazilərin qanunsuz məskunlaşdırılması müharibə cinayəti hesab olunur və bu cinayəti törədənlərin bir neçəsi həbs olunub və hal-hazırda istintaq təcridxanasında müstəntiqlərimizin suallarını cavablandırırlar:
"Eyni zamanda geri dönüş bir tərəfə deyil, hər iki tərəfə olmaldır, yəni Qərbi Azərbaycandan qovulan 300 min soydaşımız da təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə və doğma toqpaqlarına geri dönmək imkanı əldə etməlidirlər".
Xatırladaq ki, Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Qarabağı könüllü tərk etmək istəyən erməni sakinlərin ölkə ərazisindən təhlükəsiz və rahat çıxışına şərait yaradılıb. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün lazımi tədbirlər görülür. Ermənistanla sivil dövlətlərarası münasibətlər qurulması məqsədi ilə Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh danışıqları davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.