CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda mağazalardan pul və "nisyə dəftərləri"ni oğurlayan şəxs saxlanılıb

© AFP 2023 / JULIO CESAR AGUILARoğru
oğru - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxs kassalarda olan ümumilikdə 2 min manata yaxın pulu, danışıq kartlarını, siqaretləri və "nisyə dəftərləri"ni oğurlayıb
BAKI, 24 oktyabr — Sputnik. Qax rayonunun Fıstıqlı kəndində bir gecədə iki mağazadan oğurluq edilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxs kassalarda olan ümumilikdə 2 min manata yaxın pulu, danışıq kartlarını, siqaretləri və "nisyə dəftərləri"ni oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Tofiq Mirzəyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində əməli törətdikdən sonra paytaxta getdiyini, əldə etdiyi pulları əyləncə mərkəzlərində xərclədiyini bildirib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0