DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban Aİ-ni SSRİ-yə uğursuz parodiya adlandırıb

© AP Photo / Markus SchreiberViktor Orban, arxiv şəkli
Viktor Orban, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Onun sözlərinə görə, Brüssel Macarıstana təzyiq edir, sadəcə “partiya töhməti indi qanunun aliliyi proseduru adlanır”.
BAKI, 24 oktyabr - Sputnik. Macarıstanın baş naziri Viktor Orban bildirib ki, müasir Avropa İttifaqı Budapeştə təzyiqi ilə SSRİ-nin uğursuz parodiyasıdır.
"Bəli, elə olur ki, tarix təkrarlanır. Xoşbəxtlikdən, birinci dəfə faciə olan ikinci dəfə ən yaxşı halda komediya olur... Moskva faciə idi, Brüssel isə sadəcə olaraq zəif icra olunmuş müasir parodiyadır. Moskvada tütək nə çalırdısa, biz onu rəqs etmək məcburiyyətində qalırdıq. Brüssel tütək çalanda isə, istədiyimiz kimi rəqs edirik, istəmiriksə, rəqs etmirik", - Orban deyib.
Onun sözlərinə görə, Brüssel Macarıstana təzyiq edir, sadəcə “partiya töhməti indi qanunun aliliyi proseduru adlanır”.
Orban qeyd edib ki, Qərb üçün azadlıq “bir növ qaçış”, cinsini, milliyyətini və kimliyini dəyişmək bacarığı, macarlar üçün isə “ürəyi yerindən qoparmaq” deməkdir.
Xəbər lenti
0