Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Nazir müavini: Minalanma azad olunmuş torpaqların bərpasına mane olur

© Photo : REPORTMina
Mina - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Sahib Məmmədov bildirib ki, Cənab Prezident tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb.
BAKI, 24 oktyabr — Sputnik. Azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam, bu ərazilərin minalanmasıdır. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" mövzusunda 3-cü DİM Dialoqunda bildirib.
Məhz bu amil, həmin ərazilərdə iqtisadi dirçəlişin əsasını təşkil edən çox istiqamətli layihələrin həyata keçirilməsi prosesini ləngidir.
Nazir müavini əlavə edib ki, Cənab Prezident tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb. Bu istiqamətdə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib. Onun sözlərinə görə, 18-ci DİM 5 hədəf və 15 göstəricidən ibarətdir:

"Bu hədəflər, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, bu istiqamətdə xərclərin artırılması, torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə və iqtisadi fəaliyyətə cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir" .

Sahib Məmmədov həmçinin bildirib ki, bu il ölkəmizdə ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Dövlət xərclərinin DİM-lər (Qlobal Dayanıqlı İnkişaf Məqsədləri) ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb:
"Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022-ci ildə icmal büdcənin ümumilikdə 82 %-i DİM hədəfləri ilə əlaqələndirilib. Bu rəqəm 2022-ci il ÜDM-nin təxminən 23%-nə bərabərdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0