https://sputnik.az/20231024/nazir-fransa-ve-ermenistan-numayendelerinin-esassiz-ittihamlarina-cavab-verdi-459914063.html
Nazir Fransa və Ermənistan nümayəndələrinin əsassız ittihamlarına cavab verdi
Nazir Fransa və Ermənistan nümayəndələrinin əsassız ittihamlarına cavab verdi
Sputnik Azərbaycan
Yerli əhali, onlara qarşı hər hansı bir zorakılıq, həmçinin mülki və kənd təsərrüfatı obyektlərinin dağıntısı faktlarının olmadığını missiyalara bildirib. 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T22:37+0400
2023-10-24T22:37+0400
2023-10-24T22:37+0400
fransa
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402835_0:0:3072:1728_1920x0_80_0_0_01c7ea4dced5bb79414f31aaf632909e.jpg
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyasında Fransa və Ermənistan nümayəndələrinin ölkəmizin ünvanına səsləndirdikləri əsassız ittihamlara cavab verib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa olunması, ərazilərin qanunsuz erməni hərbi birləşmələrindən təmizlənməsi məqsədi ilə antiterror mahiyyətli tədbirlər həyata keçirilib. Müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağ regionuna bir sıra səfərləri olub. Bu səfərlərin nəticəsində hazırlanan hesabatlarda qeyd olunub ki, hər hansı bir mülki infrastruktura, o cümlədən məktəb və xəstəxanalara heç bir ziyan dəyməyib. Yerli əhali, onlara qarşı hər hansı bir zorakılıq, həmçinin mülki və kənd təsərrüfatı obyektlərinin dağıntısı faktlarının olmadığını missiyalara bildirib. T.Musayev vurğulayıb ki, UNİCEF və Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan ofisinin də hesabatlarında bu məsələ öz əksini tapıb. Həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyanın 21 və 23 sentyabrda səsləndirdiyi bəyanatlarda mülki əhali üçün hər hansı bir təhlükə olmadığı bildirilib:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402835_341:0:3072:2048_1920x0_80_0_0_1307ccddfbf3507b4b0a608884497d54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa
Nazir Fransa və Ermənistan nümayəndələrinin əsassız ittihamlarına cavab verdi
Yerli əhali, onlara qarşı hər hansı bir zorakılıq, həmçinin mülki və kənd təsərrüfatı obyektlərinin dağıntısı faktlarının olmadığını missiyalara bildirib.
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyasında Fransa və Ermənistan nümayəndələrinin ölkəmizin ünvanına səsləndirdikləri əsassız ittihamlara cavab verib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa olunması, ərazilərin qanunsuz erməni hərbi birləşmələrindən təmizlənməsi məqsədi ilə antiterror mahiyyətli tədbirlər həyata keçirilib.
Müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağ regionuna bir sıra səfərləri olub. Bu səfərlərin nəticəsində hazırlanan hesabatlarda qeyd olunub ki, hər hansı bir mülki infrastruktura, o cümlədən məktəb və xəstəxanalara heç bir ziyan dəyməyib. Yerli əhali, onlara qarşı hər hansı bir zorakılıq, həmçinin mülki və kənd təsərrüfatı obyektlərinin dağıntısı faktlarının olmadığını missiyalara bildirib.
T.Musayev vurğulayıb ki, UNİCEF və Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan ofisinin də hesabatlarında bu məsələ öz əksini tapıb. Həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyanın 21 və 23 sentyabrda səsləndirdiyi bəyanatlarda mülki əhali üçün hər hansı bir təhlükə olmadığı bildirilib:
"Bütün bu faktlar bir daha sübut edir ki, Fransa və Ermənistan nümayəndələrinin səsləndirdikləri ittihamlar əsassızdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.