https://sputnik.az/20231024/misirde-tarixin-yeniden-yazila-bileceyine-sebeb-olacaq-mezar-tapilib-459899553.html
Misirdə tarixin yenidən yazıla biləcəyinə səbəb olacaq məzar tapılıb
Misirdə tarixin yenidən yazıla biləcəyinə səbəb olacaq məzar tapılıb
Sputnik Azərbaycan
Meret-Neyt öz dövrü üçün güdrətli qadın olub və bu, artıq təsdiqlənib. 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T20:45+0400
2023-10-24T20:45+0400
2023-10-24T20:45+0400
misir
dünya xəbərləri
məzar
qadın
hökmdar
firon
https://cdnn1.img.sputnik.az/img/07e5/01/19/426048468_0:161:3069:1887_1920x0_80_0_0_48c9d7e44d6bcc2c17568e37a995274b.jpg
BAKI, 23 oktyabr — Sputnik. Misirdə arxeoloqlar dəbdəbəli məzarda qazıntı işlərinə başlayıblar - orada artıq 5000 illik şərab şüşələri tapılıb. İlkin məlumatlara görə, içki qadın firona məxsus ola bilərdi. Bu barədə aif.ru saytı xəbər verib. Söhbət qədim Misir hökmdarlarının birinci sülaləsinin üçüncü hökmdarı olan əri - Cetin ölümündən sonra hakimiyyətə gələn Meret-Neytdən gedir (eramızdan, təxminən əvvəl 3000-ci il). Misirin mərkəzində yerləşən Abidosda qazıntılar davam edir. Alınan nəticələrdən belə qənaətə gəlmək olar ki, Meret-Neyt qədim Misirdə ilk qadın firon olub. Bu fakt təsdiqini tapsa, o zaman tarix yenidən yazıla bilər. Ekspedisiyada iştirak edən Şotlandiya Milli Muzeylərinin kuratorları əmindirlər ki, Meret-Neyt öz dövrü üçün güdrətli qadın olub və bu, artıq təsdiqlənib. Bu təsdiqlər arasında türbənin girişində tapılan yazılar da var. Onları deşifrə etdikdən sonra məlum olub ki, məsələn, Meret-Neytin əsas xəzinəyə çıxışı olub. Arxeoloqların və tarixçilərin fikrincə, Meret-Neyt kişi-fironlarla eyni gücdə olan hakimiyyətə malik idi. Yəni o, erkən sülalə dövrünün heç bir qadın hökmdarının malik olmadığı imtiyazlardan istifadə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/19/426048468_169:0:2900:2048_1920x0_80_0_0_428ce09902fd29cad61a56f412e5298e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
misir, məzar, qadın, hökmdar, firon
misir, məzar, qadın, hökmdar, firon
Misirdə tarixin yenidən yazıla biləcəyinə səbəb olacaq məzar tapılıb
Meret-Neyt öz dövrü üçün güdrətli qadın olub və bu, artıq təsdiqlənib.
BAKI, 23 oktyabr — Sputnik. Misirdə arxeoloqlar dəbdəbəli məzarda qazıntı işlərinə başlayıblar - orada artıq 5000 illik şərab şüşələri tapılıb. İlkin məlumatlara görə, içki qadın firona məxsus ola bilərdi. Bu barədə aif.ru saytı xəbər verib.
Söhbət qədim Misir hökmdarlarının birinci sülaləsinin üçüncü hökmdarı olan əri - Cetin ölümündən sonra hakimiyyətə gələn Meret-Neytdən gedir (eramızdan, təxminən əvvəl 3000-ci il).
Misirin mərkəzində yerləşən Abidosda qazıntılar davam edir. Alınan nəticələrdən belə qənaətə gəlmək olar ki, Meret-Neyt qədim Misirdə ilk qadın firon olub. Bu fakt təsdiqini tapsa, o zaman tarix yenidən yazıla bilər.
Ekspedisiyada iştirak edən Şotlandiya Milli Muzeylərinin kuratorları əmindirlər ki, Meret-Neyt öz dövrü üçün güdrətli qadın olub və bu, artıq təsdiqlənib. Bu təsdiqlər arasında türbənin girişində tapılan yazılar da var. Onları deşifrə etdikdən sonra məlum olub ki, məsələn, Meret-Neytin əsas xəzinəyə çıxışı olub.
Arxeoloqların və tarixçilərin fikrincə, Meret-Neyt kişi-fironlarla eyni gücdə olan hakimiyyətə malik idi. Yəni o, erkən sülalə dövrünün heç bir qadın hökmdarının malik olmadığı imtiyazlardan istifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.