https://sputnik.az/20231024/lk-defe-kiberhucumlardan-mudafie-qabiliyyetini-yoxlamaq-ucun-yaris-olacaq-459897444.html
İlk dəfə kiberhücumlardan müdafiə qabiliyyətini yoxlamaq üçün yarış olacaq
İlk dəfə kiberhücumlardan müdafiə qabiliyyətini yoxlamaq üçün yarış olacaq
Sputnik Azərbaycan
Yeni dəyişikliyə görə mənzillərin, məkanların turizm məqsədi ilə icarəyə verilməsi üçün kirayə müqaviləsi bağlanmazdan əvvəl Mədəniyyət və Turizm Nazirliyi... 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T13:56+0400
2023-10-24T13:56+0400
2023-11-04T10:19+0400
cəmiyyət
kibertəhlükəsizlik
yarış
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_0:440:2856:2047_1920x0_80_0_0_306a53f491175ae61c625e2e714467f6.jpg
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 26-27 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcək. CIDC-2023 sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayacaq. Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcəkdir. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olmalıdırlar. Final mərhələsinə 20 komanda çatıb. Qalib gələn komanda tədbirin ikinci günündə açıqlanacaq. Təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil olunacaq. Təlimçilər sıralarında həm yerli həm xarici mütəxəsislər müvcuddur. Tədbir iştirakçıları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, keçiriləcək yarış və virtual “quiz”lərdə iştirak edib hədiyyələr qazanmaq imkanını əldə edəcəklər. Təlimdən keçən hər kəsə sertifikat veriləcək. Qeyd edək ki, tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arasında netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur. Azərbaycada ilk dəfə keçirilən “CIDC-2023” tədbiri çərçivəsində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik həlləri sərgisi təşkil olunacaq. İnformasiya texnologiyaları və təhlükəsizliyi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər özünəməxsus kibertəhlükəsizlik həllərini təqdim edəcəklər. Azərbaycanda ilk Kiberməktəbin “Hack the future” proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun Kibertəhlükəsizlik üzrə 6 ödənişsiz masterklas təşkil olunacaq. Kiberdünyada qlobal çağırışlar, yeni kibertəhdid tendensiyalar, təhlükələr, risklər, real hadisələrin şərhi, rəhbər şəxslərin çıxışı və ekspert tövsiyələri ilə bağlı təqdimatları və panel müzakirələrini dinləmək fürsəti 2 gün davam edən İnfomasiya Təhlükəsizliyi Konfransında yaranacaq. CIDC-2023 tədbirində 2 gün ərzində yerli və xarici mütəxəssislər tərəfindən 10 təqdimat nümayiş olunacaq. Kiberkonfrans çərçivəsində 2 gün ərzində 5 panel müzakirəsi keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_110:0:2839:2047_1920x0_80_0_0_f4bfbce331135c5c725c6d7ef47a7a4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kibertəhlükəsizlik, yarış
kibertəhlükəsizlik, yarış
İlk dəfə kiberhücumlardan müdafiə qabiliyyətini yoxlamaq üçün yarış olacaq
13:56 24.10.2023 (Yenilənib: 10:19 04.11.2023) Yeni dəyişikliyə görə mənzillərin, məkanların turizm məqsədi ilə icarəyə verilməsi üçün kirayə müqaviləsi bağlanmazdan əvvəl Mədəniyyət və Turizm Nazirliyi, yaxud da yerli qubernatorluqlardan icazələrin alınması məcburi olacaq.
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 26-27 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcək. CIDC-2023 sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayacaq.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcəkdir. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olmalıdırlar. Final mərhələsinə 20 komanda çatıb. Qalib gələn komanda tədbirin ikinci günündə açıqlanacaq.
Təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil olunacaq. Təlimçilər sıralarında həm yerli həm xarici mütəxəsislər müvcuddur. Tədbir iştirakçıları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, keçiriləcək yarış və virtual “quiz”lərdə iştirak edib hədiyyələr qazanmaq imkanını əldə edəcəklər. Təlimdən keçən hər kəsə sertifikat veriləcək.
Qeyd edək ki, tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arasında netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur.
Azərbaycada ilk dəfə keçirilən “CIDC-2023” tədbiri çərçivəsində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik həlləri sərgisi təşkil olunacaq. İnformasiya texnologiyaları və təhlükəsizliyi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər özünəməxsus kibertəhlükəsizlik həllərini təqdim edəcəklər.
Azərbaycanda ilk Kiberməktəbin “Hack the future” proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun Kibertəhlükəsizlik üzrə 6 ödənişsiz masterklas təşkil olunacaq.
Kiberdünyada qlobal çağırışlar, yeni kibertəhdid tendensiyalar, təhlükələr, risklər, real hadisələrin şərhi, rəhbər şəxslərin çıxışı və ekspert tövsiyələri ilə bağlı təqdimatları və panel müzakirələrini dinləmək fürsəti 2 gün davam edən İnfomasiya Təhlükəsizliyi Konfransında yaranacaq.
CIDC-2023 tədbirində 2 gün ərzində yerli və xarici mütəxəssislər tərəfindən 10 təqdimat nümayiş olunacaq.
Kiberkonfrans çərçivəsində 2 gün ərzində 5 panel müzakirəsi keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.