SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov Gürcüstanın “3+3” formatıına qoşulmamasının səbəbləri barədə

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
XİN rəhbəri Cənubi Qafqazda “3+3” formatının qapılarının Gürcüstan üçün hər zaman açıq qaldığını deyib.
BAKI, 24 oktyabr - Sputnik. Biz Gürcüstan rəhbərliyinin “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatına qoşulmamasının səbəblərini anlayırıq.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda baş tutan Cənubi Qafqaz üzrə “3+3” regional platformasının XİN başçılarının toplantısının yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.
Lavrov Cənubi Qafqazda “3+3” formatının qapılarının Gürcüstan üçün hər zaman açıq qaldığını da söyləyib:
“Biz Gürcüstan rəhbərliyinin bu “altılığa” qoşulmamasının səbəblərini anlayırıq. Bütün hallarda Gürcüstan hakimiyyəti öz milli maraqlarından çıxış edir. Bu, onu deməyə əsas verir ki, “3+3” yaxın gələcəkdə tam heyətlə təmsil olunacaq”.
Lavrov XİN başçılarının görüşündə regiondakı geosiyasi vəziyyətə çox diqqət ayırdıqlarını da xatırladıb:
“Görüşdə Azərbaycanla Ermənistan, Azərbaycanla İran, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesindən məmnunluq ifadə olundu. Onu da deyim ki, bütün bu istiqamətlər üzrə Rusiya aktiv şəkildə normallaşma prosesini dəstəkləyir. Bunu etməyə davam edəcəyik”, - deyə Rusiyanın baş diplomatı bildirib.
Xəbər lenti
0