Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi nə vaxt başa çatacaq?

© Photo : Azerbaijan Highway State AgencyƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Adıçəkilən avtomobil yolu Zəfər yoluna paraleldir. Yolda 10 körpü çəkilib, 9-nun tikintisi başa çatıb. Yolun ümumi uzunluğu 81.7 km-dir.
BAKI, 24 oktyabr — Sputnik. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsinin böyük hissəsi üzrə aparılan işlər başa çatıb.
Bunu Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair ictimai dinləmədə layihə sənədini hazırlayan şirkətin direktor müavini Azad Məcidov deyib. O bildirib ki, yolun tikintisinin gələn ilin ikinci yarısına qədər başa çatdırılması gözlənilir:

"Sözügedən yol Zəfər yoluna paraleldir. Yolda 10 körpü çəkilib, 9-nun tikintisi başa çatıb. Yolun ümumi uzunluğu 81.7 km-dir. Yolda hərəkətin intensivliyi nəzərə alınaraq yolun 48-ci km hissəsinə qədər 4 zolaqlı, Şuşaya qədər olan digər hissəsi isə 6 zolaqlıdır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0