Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu yağ sizi depressiyadan qoruyacaq

© AP Photo / Matilde CampodonicoTənha qadın
Tənha qadın - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
London Kral Kollecinin alimlərinin qənaətinə görə, Omeqa-3 turşularında olan bəzi birləşmələr beynin hipokamp hissəsinin hüceyrələrini qoruyur. Məhz hipokamp depressiyanın inkişafında rol oynayır
BAKI, 24 oktyabr — Sputnik. Omeqa-3 yağ turşuları baş beynin hüceyrələrini iltihabdan qoruyur. Xarici medianın yaydığı xəbərə görə bu nəticəyə London Kral Kollecinin alimləri gəliblər.
Yarıdoymuş yağ turşuları ilə yağlı dəniz balıqları zəngindir, o orqanizmdə iltihabı azaldır, depressiyada kömək edir. Əvvəlki tədqiqatlar göstərib ki, böyük depressiv pozuntusu olan insanlarda orqanizmdə iltihab səviyyəsi daha yüksək olur.
Balıq yağının təsirini araşdırmaq üçün alimləri eksperimentlər aparıblar, əvvəlcə laboratoriya siçanları üzərində, sonra depressiyalı pasiyentlərdə.
Laborator analizlər göstərib ki, Omeqa 3 turşularında olan bəzi birləşmələr beynin hipokamp hissəsinin hüceyrələrini qoruyur. Məhz hipokamp depressiyanın inkişafında rol oynayır. Klinik təcrübədə depressiya diaqnozu olan 22 pasiyent iştirak edib. 12 ay ərzində onlara yüksək doza Omeqa-3 turşusu və ya DHA turşusu verilib.
Alilmlər bildirir ki, yüksək dozanı təkcə balıq yeməklə əldə etmək olmur.
Tədqiqatdan əvvəl və sonra onların qanında metobolit konsentrasiyası ölçülüb. Nəticələr göstərib ki, bu yağ turşularının qəbulu qanda iltihab əleyhinə metobolitləri artırıb, nəticədə pasiyentlərin psixi durumu 64% yaxşılaşıb.
Xəbər lenti
0