https://sputnik.az/20231024/azerbaycanla-a-olkeleri-arasinda-elaqelerin-inkisaf-perspektivleri-muzakire-olunub-459901377.html
Azərbaycanla Aİİ ölkələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanla Aİİ ölkələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Sputnik Azərbaycan
Tədbirdə Azərbaycan Respublikası ilə Rusiya, eləcə də Aİİ-nin digər ölkələri arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi... 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T14:20+0400
2023-10-24T14:20+0400
2023-10-24T14:21+0400
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
azərbaycan
bakıdakı rus evi
https://cdnn1.img.sputnik.az/img/30226/53/302265379_0:26:1000:589_1920x0_80_0_0_7a66eabcd656493b61dd9cebcc62dbee.jpg
BAKI, 24 oktyabr — Sputnik. Bakıda Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, o cümlədən investisiya, ticarət və nəqliyyat logistikası sahəsində əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub. Müzakirələr Azərbaycan və Rusiya xalqlarının dostluq Klubunun ekspert iclası çərçivəsində Bakıdakı Rus Evində keçirilib. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Rus Evinin rəhbəri İrek Zinnurov və Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Olesya Maslina salamlama nitqi ilə çıxış ediblər. İclasda həmçinin iqtisadçı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, “Odlar Yurdu” Universitetinin baş müəllimi, Çin İqtisadçılar Cəmiyyətinin üzvü Aslan Əzimzadə də çıxış ediblər. O, Azərbaycan və Rusiya, eləcə də Aİİ-nin digər ölkələri arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Ekspert qeyd edib ki, bu, regionda iqtisadi sabitliyi gücləndirəcək, biznesin və investisiyaların inkişafı üçün əlverişli şərait yaradacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/30226/53/302265379_90:0:910:615_1920x0_80_0_0_d5307b462b5bc9a306399affba08d303.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
avrasiya iqtisadi ittifaqı, azərbaycan, bakıdakı rus evi
avrasiya iqtisadi ittifaqı, azərbaycan, bakıdakı rus evi
Azərbaycanla Aİİ ölkələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
14:20 24.10.2023 (Yenilənib: 14:21 24.10.2023) Tədbirdə Azərbaycan Respublikası ilə Rusiya, eləcə də Aİİ-nin digər ölkələri arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
BAKI, 24 oktyabr — Sputnik. Bakıda Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, o cümlədən investisiya, ticarət və nəqliyyat logistikası sahəsində əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub. Müzakirələr Azərbaycan və Rusiya xalqlarının dostluq Klubunun ekspert iclası çərçivəsində Bakıdakı Rus Evində keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Rus Evinin rəhbəri İrek Zinnurov və Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Olesya Maslina salamlama nitqi ilə çıxış ediblər.
İclasda həmçinin iqtisadçı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, “Odlar Yurdu” Universitetinin baş müəllimi, Çin İqtisadçılar Cəmiyyətinin üzvü Aslan Əzimzadə də çıxış ediblər.
O, Azərbaycan və Rusiya, eləcə də Aİİ-nin digər ölkələri arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Ekspert qeyd edib ki, bu, regionda iqtisadi sabitliyi gücləndirəcək, biznesin və investisiyaların inkişafı üçün əlverişli şərait yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.