https://sputnik.az/20231024/azerbaycanda-dovlet-borcunun-udm-e-nisbetinin-yuxari-heddi-30-faiz-mueyyen-edilib-459911878.html
Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 30 faiz müəyyən edilib
Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 30 faiz müəyyən edilib
Sputnik Azərbaycan
Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi... 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T22:57+0400
2023-10-24T22:57+0400
2023-10-24T22:57+0400
borc
iqtisadiyyat
büdcə
ixrac icmalı
fərman
qanun
üdm
https://cdnn1.img.sputnik.az/img/07e6/01/02/437817353_0:0:3077:1731_1920x0_80_0_0_63b553f56407ed045c8e35444aa2cc00.jpg
BAKI, 24 oktyabr — Sputnik. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi müəyyən edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2024-cü ilin sonuna isə 24,0 faiz müəyyən edilib. Bundan başqa, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30,0 faiz müəyyən edilib. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Xatırladaq ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2023-cü ilin sonuna isə 25,0 faiz müəyyən edilib. Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30,0 faiz müəyyən edilib. Bundan öncə həmin göstərici 20 faiz idi. Dövlət başçısının avqustun 4-də imzaladığı Fərmanla 20 faiz 30 faizlə əvəz edilmişdi. İcmal büdcə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini (Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri istisna olmaqla) funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir. Əlavə edək ki, "Büdcə sistemi haqqında" Qanuna görə, ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi bu Qanunun 11-1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilən yuxarı hədlərdən çox ola bilməz. Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı hədləri həmin dövr üçün müvafiq qurum tərəfindən müəyyən edilən xam neftin ixrac qiyməti əsasında hesablanır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/02/437817353_177:0:2906:2047_1920x0_80_0_0_403452bc2afd6dea1809c60ced2de8db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
borc, büdcə, ixrac icmalı, fərman, qanun, üdm
borc, büdcə, ixrac icmalı, fərman, qanun, üdm
Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 30 faiz müəyyən edilib
Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2024-cü ilin sonuna isə 24,0 faiz müəyyən edilib.
BAKI, 24 oktyabr — Sputnik. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi müəyyən edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2024-cü ilin sonuna isə 24,0 faiz müəyyən edilib.
Bundan başqa, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30,0 faiz müəyyən edilib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2023-cü ilin sonuna isə 25,0 faiz müəyyən edilib.
Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30,0 faiz müəyyən edilib. Bundan öncə həmin göstərici 20 faiz idi. Dövlət başçısının avqustun 4-də imzaladığı Fərmanla 20 faiz 30 faizlə əvəz edilmişdi.
İcmal büdcə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini (Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri istisna olmaqla) funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir.
Əlavə edək ki, "Büdcə sistemi haqqında" Qanuna görə, ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi bu Qanunun 11-1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilən yuxarı hədlərdən çox ola bilməz.
Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı hədləri həmin dövr üçün müvafiq qurum tərəfindən müəyyən edilən xam neftin ixrac qiyməti əsasında hesablanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.