https://sputnik.az/20231024/a-anti-rusiya-sanksiyalarina-gore-parcalana-biler-459872110.html
Aİ anti-Rusiya sanksiyalarına görə parçalana bilər
Aİ anti-Rusiya sanksiyalarına görə parçalana bilər
Sputnik Azərbaycan
Sanksiyalar Aİ-yə Rusiyadan daha çox ziyan vurublar. 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T03:24+0400
2023-10-24T03:24+0400
2023-10-24T03:24+0400
ai
dünya xəbərləri
sanksiyalar
rusiya əleyhinə sanksiyalar
avropa
ukrayna
münaqişə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442371046_0:279:3037:1987_1920x0_80_0_0_240a482d773cc1a77f3e51c3cf034a11.jpg
BAKI, 23 oktyabr — Sputnik. Sanksiyaların Avropaya vurduğu zərər Rusiyaya dəyən ziyandan xeyli çoxdur və bu, gələcəkdə Avropa İttifaqının parçalanmasına səbəb ola bilər. Bu fikri alman jurnalist Volfqanq Münhau Britaniyanın "New Statesman" nəşri üçün yazdığı məqalədə qeyd edib. "Sanksiyalar Aİ-yə Rusiyadan daha çox ziyan vurublar. Qərb liderləri bu böyüklükdə bir ölkəni təcrid etməyin nə qədər çətin olduğunu düzgün qiymətləndirməyiblər. Düşünürəm ki, Moskva ilə müqavilə bağlamaq və Ukraynanın bərpası üçün külli miqdarda pul ödəmək vaxtı gələndə Avropa birliyi "çat verəcək", - deyən müşahidəçi buna əmindir. Jurnalist xatırladıb ki, Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu ilin sonunda Rusiya iqtisadiyyatı Almaniya, Britaniya, Fransa və İtaliya iqtisadiyyatlarından daha güclü inkişaf edəcək. Münhau əlavə edib ki, Ukraynadakı münaqişə Aİ qüvvələrinin son dərəcə gərginləşməsinə gətirib çıxarıb. Bununla yanaşı, jurnalist qeyd edib ki, Avropa liderləri hələ də Ukrayna böhranına son qoymaq üçün ümumi strategiya formalaşdırmayıblar. Şərhçi onu da bildirib ki, münaqişə bitdikdən sonra Ukraynanın bərpası üçün çəkiləcək xərclər hazırkı hesablamalardan xeyli yüksək olacaq. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarının tətbiqi ilə bağlı çətin anları dəf edə bilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442371046_58:0:2787:2047_1920x0_80_0_0_1ee7e6a49bfb515f9973415cda693ceb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ai, sanksiyalar, rusiya əleyhinə sanksiyalar, avropa, ukrayna, münaqişə
ai, sanksiyalar, rusiya əleyhinə sanksiyalar, avropa, ukrayna, münaqişə
Aİ anti-Rusiya sanksiyalarına görə parçalana bilər
Sanksiyalar Aİ-yə Rusiyadan daha çox ziyan vurublar.
BAKI, 23 oktyabr — Sputnik. Sanksiyaların Avropaya vurduğu zərər Rusiyaya dəyən ziyandan xeyli çoxdur və bu, gələcəkdə Avropa İttifaqının parçalanmasına səbəb ola bilər.
Bu fikri alman jurnalist Volfqanq Münhau Britaniyanın "New Statesman" nəşri üçün yazdığı məqalədə qeyd edib.
"Sanksiyalar Aİ-yə Rusiyadan daha çox ziyan vurublar. Qərb liderləri bu böyüklükdə bir ölkəni təcrid etməyin nə qədər çətin olduğunu düzgün qiymətləndirməyiblər. Düşünürəm ki, Moskva ilə müqavilə bağlamaq və Ukraynanın bərpası üçün külli miqdarda pul ödəmək vaxtı gələndə Avropa birliyi "çat verəcək", - deyən müşahidəçi buna əmindir.
Jurnalist xatırladıb ki, Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu ilin sonunda Rusiya iqtisadiyyatı Almaniya, Britaniya, Fransa və İtaliya iqtisadiyyatlarından daha güclü inkişaf edəcək.
Münhau əlavə edib ki, Ukraynadakı münaqişə Aİ qüvvələrinin son dərəcə gərginləşməsinə gətirib çıxarıb. Bununla yanaşı, jurnalist qeyd edib ki, Avropa liderləri hələ də Ukrayna böhranına son qoymaq üçün ümumi strategiya formalaşdırmayıblar.
Şərhçi onu da bildirib ki, münaqişə bitdikdən sonra Ukraynanın bərpası üçün çəkiləcək xərclər hazırkı hesablamalardan xeyli yüksək olacaq.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarının tətbiqi ilə bağlı çətin anları dəf edə bilib.