https://sputnik.az/20231023/veten-bagi-al-elvandir-459857777.html
Vətən bağı al-əlvandır...
Vətən bağı al-əlvandır...
Sputnik Azərbaycan
Azərbaycanın əfsanəvi müğənnisi, təkrarsız, ecazkar səsə malik Səxavət Məmmədovun 70 yaşı tamam olur. 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T15:01+0400
2023-10-23T15:01+0400
2023-10-23T15:24+0400
mədəniyyət
ağdam
ağdam rayonu
abdal gülablı kəndi
tarixdə bu gün
xanəndə
müğənni
səxavət məmmədov
segah
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434519933_0:0:1200:676_1920x0_80_0_0_f97271d5a4400105aa527fda5c335567.jpg
BAKI, 23 oktyabr - Sputnik. Görkəmli xanəndəmiz Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s.Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. 44 günlük müharibə nəticəsində Abdal-Gülbalı azad olunub və hərbçilərimiz 2020-ci ilin noyabrında Ağdam rayonunun Abdal-Gülablı kəndində mərhum azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar.Səxavət Məmmədovun üzərində şəkli, doğum, ölüm tarixi həkk olunmuş başdaşı güman ki, yaxın vaxtlarda müğənninin doğulduğu məkana aparılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434519933_135:0:1200:799_1920x0_80_0_0_9a43c772be3cc7e13e7422335d35385f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağdam, ağdam rayonu, abdal gülablı kəndi, tarixdə bu gün , xanəndə, müğənni, səxavət məmmədov, segah
ağdam, ağdam rayonu, abdal gülablı kəndi, tarixdə bu gün , xanəndə, müğənni, səxavət məmmədov, segah
Vətən bağı al-əlvandır...
15:01 23.10.2023 (Yenilənib: 15:24 23.10.2023) Azərbaycanın əfsanəvi müğənnisi, təkrarsız, ecazkar səsə malik Səxavət Məmmədovun 70 yaşı tamam olur.
BAKI, 23 oktyabr - Sputnik. Görkəmli xanəndəmiz Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.
1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.
Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s.
Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu.
44 günlük müharibə nəticəsində Abdal-Gülbalı azad olunub və hərbçilərimiz 2020-ci ilin noyabrında Ağdam rayonunun Abdal-Gülablı kəndində mərhum azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar.
Səxavət Məmmədovun üzərində şəkli, doğum, ölüm tarixi həkk olunmuş başdaşı güman ki, yaxın vaxtlarda müğənninin doğulduğu məkana aparılacaq.