DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin planı Fələstin ərazilərinin itirilməsinin qarşısını alacaq - KİV

© AFP 2023 / MARK FELIXƏlində Fələstin bayrağı olan şəxs
Əlində Fələstin bayrağı olan şəxs - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Məqalə müəllifinin fikrincə, ABŞ və İsrailin "Fələstinlilərdən azad Qəzza" yaratmaq planı hələ danışıqlar masasına çatmamış zərbə alıb.
BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin Fələstin və İsrail üçün qarant ölkələri formulu Fələstinin ərazi itkisinin və insan itkisinin qarşısını alacaq. Bu barədə "Hürriyet" qəzeti yazıb.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki, Türkiyə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda sülhün əldə olunacağı təqdirdə Fələstin və İsrail üçün qarant formulunu təklif edir. O, xüsusən də Ankaranın Fələstinə qarant olmağa hazır olduğunu bildirib. Region və Qərb ölkələri Türkiyənin təklifinə hələlik münasibət bildirməyib.
Qəzet yazır ki, xarici işlər naziri Hakan Fidanın açıqladığı "qarant" modeli müharibə olduğu üçün vacibdir. Fələstin torpaqlarını itirir. Türkiyə təklif edir ki, bəzi ölkələr Fələstin, bəziləri isə İsrail adına zamin olsunlar. Bu yolla həm can itkisinin, həm də Fələstin torpaqlarının itirilməsinin qarşısı alınaca" - deyə məqalədə deyilir.
Məqalə müəllifinin fikrincə, ABŞ və İsrailin "Fələstinlilərdən azad Qəzza" yaratmaq planı hələ danışıqlar masasına çatmamış zərbə alıb.
"Planı ərəb ölkələri ilə bölüşən ABŞ dövlət katibi Entoni Blinken İsrailə enəndə "Mən burada bir yəhudi kimi gəlmişəm" deyib. Bununla o, neytral rolunu itirdi. Plana ilk zərbə vuruldu. Blinkenin sözlərinə ilk cavab verən prezident Ərdoğan "rəqibləriniz mən regiona müsəlman kimi yanaşıram desələr, nə deyərsiniz?" deyə cavab verdi və xəbərdarlıq etdi ki, "İnsan kimi yanaşın", – qəzet qeyd edib.
Xəbər lenti
0