Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Son bir həftədə Azərbaycanda koronavirusdan daha 6 nəfər ölüb

© AP Photo / Dar YasinKoronavirus testləri
Koronavirus testləri - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Ölkədə son həftə ərzində 3415, hazırkı dövrədək isə 7 699 775 test aparılıb.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (16.10.2023-22.10.2023) 156 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 833 955 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 439 nəfər müalicə olunaraq sağalıb, 10 353 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.
Ölkədə son həftə ərzində 3415, hazırkı dövrədək isə 7 699 775 test aparılıb.
Oktyabrın 17-nə olan yoluxma statistikası
Azərbaycanda son 1 həftə ərzində (09-15 oktyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 249 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 362 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 10 nəfərdir.
İndiyədək ölkədə ümumilikdə 833 799 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 205 nəfər müalicə olunaraq sağalıb, hazırda 247 aktiv xəstə var. Bu günə qədər 10 347 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 007, bu günə qədər isə ümumilikdə 7 696 360 test icra olunub.
Eyni zamanda, ölkədə son həftə ərzində vaksin vurulmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.
Xəbər lenti
0