https://sputnik.az/20231023/potekaya-cixisi-asanlasdirmaq-ucun-aile-xerclerinin-hesablanma-qaydasi-deyisecek---kzf-459856956.html
İpotekaya çıxışı asanlaşdırmaq üçün ailə xərclərinin hesablanma qaydası dəyişəcək - İKZF
İpotekaya çıxışı asanlaşdırmaq üçün ailə xərclərinin hesablanma qaydası dəyişəcək - İKZF
Sputnik Azərbaycan
Fond üçün regionlarda verilmiş ipoteka kreditlərin həcmini daha da artırılması prioritet istiqamət kimi müəyyənləşdirilib. 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T22:44+0400
2023-10-23T22:44+0400
2023-10-23T22:45+0400
ipoteka
cəmiyyət
ipoteka və kredit zəmanət fondu
qayda
fond
https://cdnn1.img.sputnik.az/img/42261/31/422613177_0:116:3044:1828_1920x0_80_0_0_455f30c98c7f0ee1ba158310706e12ae.jpg
BAKI, 23 oktyabr — Sputnik. İpoteka Kredit və Zəmanət Fondu (İKZF) regionlarda ailə xərclərinin hesablanması qaydasını dəyişməklə ipoteka kreditləşməsinə çıxışı asanlaşdırmağı planlaşdırır. Bunu İKZF-nin ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov ATV kanalında yayımlanan "İqtisadi zona" verilişində deyib. Onun sözlərinə görə, Fond üçün regionlarda verilmiş ipoteka kreditlərin həcmini daha da artırılması prioritet istiqamət kimi müəyyənləşdirilib: "Bu istiqamətdə əhalinin ailə xərclərinin hesablanmasında, ipoteka kreditləşməsinə çıxışının asanlaşdırılması məqsədi ilə, əgər Bakı şəhərində ailə xərclərinin hesablanması minimum əməkhaqqına bağlıdırsa, regionlarda bu göstərici 50 % həcmində tətbiq edilir. Bununla da, regionlarda yaşayan əhali daha aşağı gəlirlə ipoteka kreditlərinə çıxış əldə edirlər. Təbii ki, regionlarla Bakı arasında müqayisə aparsaq, bu daşınmaz əmlak bazarındakı qiymətlərlə də bağlıdır. Əgər bu il Bakıda ipoteka kreditləri üzrə orta ödəniş məbləği 590 manatdırsa, regionlarda bu göstərici 362 manat təşkil edir". İ.Kələşov vurğulayıb ki, ipoteka kreditləşməsi bu gün Azərbaycanın bütün ərazisində məhdudiyyətsiz və qeyri-şərtsiz olaraq tətbiq edilir: "Bu gün regionlara verilən ipoteka krediti Fondun portfelinin 22 %-ni təşkil edir. Təbi ki regionlarda verilən ipoteka kreditlərinin həcmində obyektiv və subyektiv səbəbləri var. Burda ilk növbədə tələb-təklif amili, eyni zamanda Bakıda urbanizasiya səviyyəsi təsir edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42261/31/422613177_313:0:3044:2048_1920x0_80_0_0_0035029533374bbf066be917c730ee64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ipoteka, ipoteka və kredit zəmanət fondu, qayda, fond
ipoteka, ipoteka və kredit zəmanət fondu, qayda, fond
İpotekaya çıxışı asanlaşdırmaq üçün ailə xərclərinin hesablanma qaydası dəyişəcək - İKZF
22:44 23.10.2023 (Yenilənib: 22:45 23.10.2023) Fond üçün regionlarda verilmiş ipoteka kreditlərin həcmini daha da artırılması prioritet istiqamət kimi müəyyənləşdirilib.
BAKI, 23 oktyabr — Sputnik. İpoteka Kredit və Zəmanət Fondu (İKZF) regionlarda ailə xərclərinin hesablanması qaydasını dəyişməklə ipoteka kreditləşməsinə çıxışı asanlaşdırmağı planlaşdırır.
Bunu İKZF-nin ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov ATV kanalında yayımlanan "İqtisadi zona" verilişində deyib.
Onun sözlərinə görə, Fond üçün regionlarda verilmiş ipoteka kreditlərin həcmini daha da artırılması prioritet istiqamət kimi müəyyənləşdirilib:
"Bu istiqamətdə əhalinin ailə xərclərinin hesablanmasında, ipoteka kreditləşməsinə çıxışının asanlaşdırılması məqsədi ilə, əgər Bakı şəhərində ailə xərclərinin hesablanması minimum əməkhaqqına bağlıdırsa, regionlarda bu göstərici 50 % həcmində tətbiq edilir.
Bununla da, regionlarda yaşayan əhali daha aşağı gəlirlə ipoteka kreditlərinə çıxış əldə edirlər. Təbii ki, regionlarla Bakı arasında müqayisə aparsaq, bu daşınmaz əmlak bazarındakı qiymətlərlə də bağlıdır. Əgər bu il Bakıda ipoteka kreditləri üzrə orta ödəniş məbləği 590 manatdırsa, regionlarda bu göstərici 362 manat təşkil edir".
İ.Kələşov vurğulayıb ki, ipoteka kreditləşməsi bu gün Azərbaycanın bütün ərazisində məhdudiyyətsiz və qeyri-şərtsiz olaraq tətbiq edilir: "Bu gün regionlara verilən ipoteka krediti Fondun portfelinin 22 %-ni təşkil edir. Təbi ki regionlarda verilən ipoteka kreditlərinin həcmində obyektiv və subyektiv səbəbləri var. Burda ilk növbədə tələb-təklif amili, eyni zamanda Bakıda urbanizasiya səviyyəsi təsir edir".