SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin deputatları Sankt-Peterburqa gedəcəklər

© Sputnik / Алексей Даничев / Mediabanka keçidSankt-Peterburqda MDB dövlətlərinin parlamentlərarası iclası, arxiv şəkli
Sankt-Peterburqda MDB dövlətlərinin parlamentlərarası iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Səfər çərçivəsində Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin MDB regionunda inteqrasiya mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxışı nəzərdə tutulur.
BAKI, 23 oktyabr — Sputnik. Oktyabrın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlar Tamam Cəfərova və Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Milli Məclisdən bildirilib ki, səfər çərçivəsində deputatlar MDB PA-nın Elm və təhsil, Mədəniyyət, informasiya turizm və idman, Hüquqi məsələlər daimi komissiyalarının iclaslarında, həmçinin beynəlxalq konfransda iştirak edəcəklər.
Səfər çərçivəsində Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin MDB regionunda inteqrasiya mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxışı nəzərdə tutulur.
Deputatların səfəri oktyabrın 28-də başa çatacaq.
Xəbər lenti
0