https://sputnik.az/20231023/mesuliyyetsiz-valideynlere-yeni-ceza-teklifi-459848691.html
Məsuliyyətsiz valideynlərə yeni cəza təklifi
Məsuliyyətsiz valideynlərə yeni cəza təklifi
Sputnik Azərbaycan
Onların barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görüləcək. 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T11:46+0400
2023-10-23T11:46+0400
2023-10-23T11:46+0400
valideyn
cəmiyyət
məsuliyyətsizlik
valideyn məsuliyyətsliziyi
tədbir
pornoqrafiya
qanun
dəyişiklik
https://cdnn1.img.sputnik.az/img/07e5/09/02/427835531_666:679:3070:2031_1920x0_80_0_0_8f0b8f287d012bd58603b238a44b7a58.jpg
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb edən valideynlər cəzalandırılacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə qanunun 17.2.2-ci maddəsində "cinayət əməllərinə və ya fahişəliyə" sözləri "cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə" sözləri ilə əvəz edilir. Belə ki, təklif olunan dəyişikliklə daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər. Qanunun hazırkı variantı isə belədir: "Daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/02/427835531_156:0:2887:2048_1920x0_80_0_0_fd67c456802154412bbe905aa1f24ff0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
valideyn, məsuliyyətsizlik, valideyn məsuliyyətsliziyi, tədbir, pornoqrafiya, qanun, dəyişiklik
valideyn, məsuliyyətsizlik, valideyn məsuliyyətsliziyi, tədbir, pornoqrafiya, qanun, dəyişiklik
Məsuliyyətsiz valideynlərə yeni cəza təklifi
Onların barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görüləcək.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb edən valideynlər cəzalandırılacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə qanunun 17.2.2-ci maddəsində "cinayət əməllərinə və ya fahişəliyə" sözləri "cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə" sözləri ilə əvəz edilir.
Belə ki, təklif olunan dəyişikliklə daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər.
Qanunun hazırkı variantı isə belədir: "Daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər".