https://sputnik.az/20231023/mecburi-kockunler-qarabaga-qayitsalar-bakida-evlerin-qiymetleri-ucuzlasacaq-459841895.html
Məcburi köçkünlər Qarabağa qayıtsalar, Bakıda evlərin qiymətləri ucuzlaşacaq
Məcburi köçkünlər Qarabağa qayıtsalar, Bakıda evlərin qiymətləri ucuzlaşacaq
Sputnik Azərbaycan
Ekspert hesab edir ki, əgər köçürüldükləri yerlərdə adamların yaşaması və işləməsi üçün münbit şərait olsa, gənclər və orta yaşlılar orada qalacaqlar. 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T09:00+0400
2023-10-23T09:00+0400
2023-10-23T09:00+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
ev
kirayə ev
daşınmaz əmlak
qarabağ
https://cdnn1.img.sputnik.az/img/42405/87/424058769_0:0:1961:1103_1920x0_80_0_0_2fc746377e076bb1601c894528382adb.jpg
BAKI, 23 oktyabr — Sputnik. İşğaldan azad olunan ərazilərə əhalinin köçürülməsinin Bakıda daşınmaz əmlaka təsiri ilk növbədə nə qədər şəxsin ora köçürülməsindən asılı olacaq. Bunu Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib. "Təxmini hesablamama görə bu rəqəm 350 mindən az olmayacaq. Yaşlılar, işi olmayan gənclər, orta yaşlı təbəqə üçün ora köçüb yaşamaq maraqlı olacaq. Köç prosesi həm də həmin ərazilərdə yeni iş yerlərinin açılması, münbit şəraitin yaradılmasından asılı olacaq. Yəni işgüzar əhali üçün orada yaşamağa münbit şərait olacaqsa, onlar orda qalacaqlar" - ekspert deyib. Köç prosesinin Bakıda mənzillərin qiymətlərinə təsirə gəlincə, ekspert bildirib ki, bu, daha çox ümumi vəziyyətdən asılı olacaq: "Son 2-3 ildə tikinti şirkətləri qiymətləri qaldırdı ki, bu da ümumi olaraq daşınmaz əmlak bazarına təsir etdi. Hər hansı bir dəyişiklik olmazsa, qiymətlərdə ciddi şəkildə azalma gözlənilmir. Lakin kirayə qalanların sayında mühüm azalma olarsa, evsiz şəxslər Bakıdan köçüb işğaldan azad olunan ərazilərdə məskunlaşarsa, nəticə etibarı ilə təkliflər artarsa, kirayə mənzil bazarında qiymətlər azala bilər". Daşınmaz əmlak üzrə digər ekspert Ceyhun Şıxəliyev Sputnik Azərbaycan-a bildirib ki, Bakıda yaşayan əhalinin bir qisminin işğaldan azad olunan ərazilərə köçməsi nəticəsində paytaxtda mənzillərə tələbat azalarsa, qiymətlərdə azalma gözləniləndir: "Düşünürəm ki, bu da daha çox özünü ikinci əl evlərdə biruzə verəcək. Tikinti materiallarının qiymətini, Bakıda torpağın baha olmasını nəzərə alsaq, bazara yeni çıxarılan mənzillərin qiymətində azalmanı proqnozlaşdıra bilmərik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42405/87/424058769_0:0:1637:1228_1920x0_80_0_0_33701ffc2c9012035eac28caa0523c30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ev, kirayə ev, daşınmaz əmlak, qarabağ
ev, kirayə ev, daşınmaz əmlak, qarabağ
Məcburi köçkünlər Qarabağa qayıtsalar, Bakıda evlərin qiymətləri ucuzlaşacaq
Ekspert hesab edir ki, əgər köçürüldükləri yerlərdə adamların yaşaması və işləməsi üçün münbit şərait olsa, gənclər və orta yaşlılar orada qalacaqlar.
BAKI, 23 oktyabr — Sputnik. İşğaldan azad olunan ərazilərə əhalinin köçürülməsinin Bakıda daşınmaz əmlaka təsiri ilk növbədə nə qədər şəxsin ora köçürülməsindən asılı olacaq.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.
"Təxmini hesablamama görə bu rəqəm 350 mindən az olmayacaq. Yaşlılar, işi olmayan gənclər, orta yaşlı təbəqə üçün ora köçüb yaşamaq maraqlı olacaq. Köç prosesi həm də həmin ərazilərdə yeni iş yerlərinin açılması, münbit şəraitin yaradılmasından asılı olacaq. Yəni işgüzar əhali üçün orada yaşamağa münbit şərait olacaqsa, onlar orda qalacaqlar" - ekspert deyib.
Köç prosesinin Bakıda mənzillərin qiymətlərinə təsirə gəlincə, ekspert bildirib ki, bu, daha çox ümumi vəziyyətdən asılı olacaq:
"Son 2-3 ildə tikinti şirkətləri qiymətləri qaldırdı ki, bu da ümumi olaraq daşınmaz əmlak bazarına təsir etdi. Hər hansı bir dəyişiklik olmazsa, qiymətlərdə ciddi şəkildə azalma gözlənilmir. Lakin kirayə qalanların sayında mühüm azalma olarsa, evsiz şəxslər Bakıdan köçüb işğaldan azad olunan ərazilərdə məskunlaşarsa, nəticə etibarı ilə təkliflər artarsa, kirayə mənzil bazarında qiymətlər azala bilər".
Daşınmaz əmlak üzrə digər ekspert Ceyhun Şıxəliyev Sputnik Azərbaycan-a bildirib ki, Bakıda yaşayan əhalinin bir qisminin işğaldan azad olunan ərazilərə köçməsi nəticəsində paytaxtda mənzillərə tələbat azalarsa, qiymətlərdə azalma gözləniləndir:
"Düşünürəm ki, bu da daha çox özünü ikinci əl evlərdə biruzə verəcək. Tikinti materiallarının qiymətini, Bakıda torpağın baha olmasını nəzərə alsaq, bazara yeni çıxarılan mənzillərin qiymətində azalmanı proqnozlaşdıra bilmərik".