https://sputnik.az/20231023/komandolar-serti-dusmenin-idareetme-menteqesini-siradan-cixariblar-459856801.html
Komandolar şərti düşmənin idarəetmə məntəqəsini sıradan çıxarıblar
Komandolar şərti düşmənin idarəetmə məntəqəsini sıradan çıxarıblar
Sputnik Azərbaycan
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi keçirilir. 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T20:15+0400
2023-10-23T20:15+0400
2023-10-23T20:15+0400
təlim
hərbi
birgə təlimlər
mustafa kamal atatürk
şərti düşmən
işğaldan azad edilmiş ərazilər
naxçıvan muxtar respublikası
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/14/459789146_0:83:889:583_1920x0_80_0_0_a757e2b15c9f678e34103a97059b81f0.jpg
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan və Türkiyə hərbçiləri Azərbaycanda keçirilən "Mustafa Kamal Atatürk-2023" təlimləri çərçivəsində plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın tapşırığını icra ediblər. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, iki ölkə komandoları tapşırığı uğurla yerinə yetiriblər. Qeyd edək ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi başlayıb. Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. Kardeş ülke Azerbaycan ile müşterek gerçekleştirdiğimiz "Mustafa Kemal Atatürk 2023 Tatbikatı"nda, iki ülke komandoları senaryo kapsamında düşman hattına başarılı bir sızma harekâtı icra etti. #TekMilletİkiDevlet #MilliSavunmaBakanlığı pic.twitter.com/I0zYdHomEW— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 23, 2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/14/459789146_0:0:889:667_1920x0_80_0_0_bd0fe96b4edf8e1d6c16c941fa2eac0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təlim, birgə təlimlər, mustafa kamal atatürk, şərti düşmən, işğaldan azad edilmiş ərazilər, naxçıvan muxtar respublikası
təlim, birgə təlimlər, mustafa kamal atatürk, şərti düşmən, işğaldan azad edilmiş ərazilər, naxçıvan muxtar respublikası
Komandolar şərti düşmənin idarəetmə məntəqəsini sıradan çıxarıblar
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi keçirilir.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan və Türkiyə hərbçiləri Azərbaycanda keçirilən "Mustafa Kamal Atatürk-2023" təlimləri çərçivəsində plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın tapşırığını icra ediblər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, iki ölkə komandoları tapşırığı uğurla yerinə yetiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi başlayıb.
Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.
"Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Kardeş ülke Azerbaycan ile müşterek gerçekleştirdiğimiz "Mustafa Kemal Atatürk 2023 Tatbikatı"nda, iki ülke komandoları senaryo kapsamında düşman hattına başarılı bir sızma harekâtı icra etti.
#TekMilletİkiDevlet #MilliSavunmaBakanlığı pic.twitter.com/I0zYdHomEW— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma)
October 23, 2023