NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünya bazarlarında neft bir dollardan çox ucuzlaşıb - Səbəb nədir?

© AP Photo / Jae C. HongNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Dünyanın ən böyük neft tədarük edən bölgəsi olan Yaxın Şərqdə münaqişənin daha da genişlənəcəyi narahatlığı neft qiymətlərini ardıcıl iki həftə ərzində bahalaşdırıb.
BAKI, 23 oktyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri 1 dollardan çox ucuzlaşıb.
Yaxın Şərqdə gərginliyi azaltmaq üçün diplomatik səylərin güclənməsi tədarükün azalacağı ilə bağlı narahatlıqları azaldıb. Bu da neft qiymətlərinin ucuzlaşmasına təsir göstərib.
"Brent" markalı neft 1,08 dollar ucuzlaşaraq 91,08 dollara, ABŞ-nin Qərbi Texas nefti 1,72 dollar ucuzlaşaraq 87,03 dollara düşüb.
Qeyd edək ki, dünyanın ən böyük neft tədarük edən bölgəsi olan Yaxın Şərqdə münaqişənin daha da genişlənəcəyi narahatlığı neft qiymətlərini ardıcıl iki həftə ərzində bahalaşdırıb.
ABŞ-nin qlobal miqyasda daha çox neft axınına imkan yaratmaq üçün Venesuelaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırması da qiymətləri aşağı salıb. Venesuelanın neft hasilatı artsa, bu, Yaxın Şərqdə baş verən münaqişə, Rusiyaya qarşı sanksiyalar və hasilatı azaltmaq üçün OPEC-in qərarları fonunda qlobal neft qiymətlərinin azaldılmasına kömək edə bilər. Lakin Venesuela illərlə davam edən sanksiyalardan sonra hasilatı artırmaq üçün investisiyalara ehtiyac duyur.
Xatırladaq ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,72 ABŞ dolları, yaxud 1,79 % artaraq 97,68 ABŞ dolları təşkil edib.
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Xəbər lenti
0