https://sputnik.az/20231023/dovlet-xidmeti-memarliq-abidesinin-sokulmesine-aydinliq-getirdi-459870090.html
Dövlət Xidməti memarlıq abidəsinin sökülməsinə aydınlıq gətirdi
Dövlət Xidməti memarlıq abidəsinin sökülməsinə aydınlıq gətirdi
Sputnik Azərbaycan
Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən... 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T17:34+0400
2023-10-23T17:34+0400
2023-10-23T17:34+0400
söküntü
cəmiyyət
səbail rayonu
mədəniyyət və turizm nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti
doğum evi
doğum evi
https://cdnn1.img.sputnik.az/img/41242/68/412426829_0:0:2000:1125_1920x0_80_0_0_230744b8fe1774b8138090f01306e8e6.jpg
BAKI, 23 oktyabr — Sputnik. Səbail rayonunun Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan "Doğum evinin binası"nın söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur. Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür. Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaqdır. Xatırladaq ki, bina 1930-cu ildə inşa edilmişdir. II Dünya Müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş və Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi kimi fəaliyət göstərirdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41242/68/412426829_250:0:1750:1125_1920x0_80_0_0_4a1e503b789b03acdc0eece4a52a2367.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
söküntü, səbail rayonu, mədəniyyət və turizm nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti, doğum evi, doğum evi
söküntü, səbail rayonu, mədəniyyət və turizm nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti, doğum evi, doğum evi
Dövlət Xidməti memarlıq abidəsinin sökülməsinə aydınlıq gətirdi
Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.
BAKI, 23 oktyabr — Sputnik. Səbail rayonunun Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan "Doğum evinin binası"nın söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.
Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür.
Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaqdır.
Xatırladaq ki, bina 1930-cu ildə inşa edilmişdir. II Dünya Müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş və Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi kimi fəaliyət göstərirdi.