https://sputnik.az/20231023/dn-deleduzluq-hereketleri-ile-bagli-vetendaslara-xeberdarliq-etdi-459848013.html
DİN dələduzluq hərəkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
DİN dələduzluq hərəkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı "e-mail" xidmətinin oxşar versiyasına... 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T11:30+0400
2023-10-23T11:30+0400
2023-10-23T11:30+0400
din
cəmiyyət
vətəndaş
xəbərdarlıq
daxili işlər nazirliyi
dələduzluq
elektron
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_0:440:2856:2047_1920x0_80_0_0_306a53f491175ae61c625e2e714467f6.jpg
BAKI, 23 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə DİN-dən bildirilib. "Son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri qeydə alınır. Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı "e-mail" xidmətinin oxşar versiyasına yönəldilir. Xarici dövlətlərə aid mənbələrdən, eləcə də Europol və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanmışdır. Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in "102" Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur", - məlumatda vurğulanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_110:0:2839:2047_1920x0_80_0_0_f4bfbce331135c5c725c6d7ef47a7a4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, vətəndaş, xəbərdarlıq, daxili işlər nazirliyi, dələduzluq, elektron
din, vətəndaş, xəbərdarlıq, daxili işlər nazirliyi, dələduzluq, elektron
DİN dələduzluq hərəkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı "e-mail" xidmətinin oxşar versiyasına yönəldilir.
BAKI, 23 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə DİN-dən bildirilib.
"Son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri qeydə alınır.
Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı "e-mail" xidmətinin oxşar versiyasına yönəldilir.
Xarici dövlətlərə aid mənbələrdən, eləcə də Europol və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanmışdır.
Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in "102" Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur", - məlumatda vurğulanır.