https://sputnik.az/20231023/ceyhun-bayramov-randadir-459851222.html
XİN başçısı Qərb ölkələrinin regional problemlərlə bağlı mövqeyini tənqid edib
XİN başçısı Qərb ölkələrinin regional problemlərlə bağlı mövqeyini tənqid edib
Sputnik Azərbaycan
İran Prezidenti İbrahim Rəisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T18:20+0400
2023-10-23T18:20+0400
2023-10-23T18:20+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
iran
format
gürcüstan xin
tehran
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130559_0:0:2919:1642_1920x0_80_0_0_0fa1f51212112273ccb812d3c7299f4c.jpg
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qərb ölkələrinin regional problemlərlə bağlı mövqeyini tənqid edib.“Report” xəbər verir ki, bu barədə C.Bayramov İran Prezidenti İbrahim Rəisinin qəbulunda olarkən danışıb.O, Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini bildirib: "İranın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində tutduğu mövqeyi yüksək qiymətləndiririk".XİN başçısı vurğulayıb ki, son aylar iki ölkə arasında münasibətlərin normallaşması və ikitərəfli əməkdaşlığın təşviqi istiqamətində mühüm irəliləyişlər əldə olunub.***Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "3+3" formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İrana işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir C.Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Bu gün İranın paytaxtı Tehranda "3+3" regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində görüş keçiriləcək. Xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda "3+3" regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Gürcüstan "3+3" formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130559_58:0:2787:2047_1920x0_80_0_0_d1f3186cd4dfe10df13708859aba480a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, iran, format, gürcüstan xin, tehran
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, iran, format, gürcüstan xin, tehran
XİN başçısı Qərb ölkələrinin regional problemlərlə bağlı mövqeyini tənqid edib
İran Prezidenti İbrahim Rəisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qərb ölkələrinin regional problemlərlə bağlı mövqeyini tənqid edib.
“Report” xəbər verir ki, bu barədə C.Bayramov İran Prezidenti İbrahim Rəisinin qəbulunda olarkən danışıb.
O, Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini bildirib: "İranın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində tutduğu mövqeyi yüksək qiymətləndiririk".
XİN başçısı vurğulayıb ki, son aylar iki ölkə arasında münasibətlərin normallaşması və ikitərəfli əməkdaşlığın təşviqi istiqamətində mühüm irəliləyişlər əldə olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "3+3" formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İrana işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir C.Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Bu gün İranın paytaxtı Tehranda "3+3" regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində görüş keçiriləcək.
Xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda "3+3" regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Gürcüstan "3+3" formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.