Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu şəxslərə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilir

© AFP 2024 / INA FASSBENDERMəktəb, arxiv şəkli
Məktəb, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik təklif edilir.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik təklif edilir.
Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə "və ya" sözlərindən sonra "cinsi" sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Xəbər lenti
0