https://sputnik.az/20231023/azerbaycan-ve-tacikistan-mudafie-nazirleri-herbi-emekdasligi-muzakire-edibler-459867476.html
Azərbaycan və Tacikistan müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və Tacikistan müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər
Sputnik Azərbaycan
Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T16:52+0400
2023-10-23T16:52+0400
2023-10-23T16:53+0400
zakir həsənov
hərbi
tacikistan
azərbaycan
müdafiə nazirliyi
səfər
müdafiə naziri
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/17/459864847_0:90:865:577_1920x0_80_0_0_e716eba4501b7847d89ec0cf068f985f.jpg
BAKI, 23 oktyabr — Sputnik. Oktyabrın 23-də Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-polkovnik Ş.Mirzo protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər barədə danışıb. Azərbaycana səfərindən məmnunluq ifadə edən Tacikistanın müdafiə naziri isə öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyi qeyd olunub. Ordu quruculuğu istiqamətində, həmçinin hərbi-texniki sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/17/459864847_0:9:865:658_1920x0_80_0_0_c813c913da6d99b00c45834242a77804.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zakir həsənov, tacikistan, azərbaycan, müdafiə nazirliyi, səfər, müdafiə naziri
zakir həsənov, tacikistan, azərbaycan, müdafiə nazirliyi, səfər, müdafiə naziri
Azərbaycan və Tacikistan müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər
16:52 23.10.2023 (Yenilənib: 16:53 23.10.2023) Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
BAKI, 23 oktyabr — Sputnik. Oktyabrın 23-də Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-polkovnik Ş.Mirzo protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər barədə danışıb.
Azərbaycana səfərindən məmnunluq ifadə edən Tacikistanın müdafiə naziri isə öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib.
Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyi qeyd olunub. Ordu quruculuğu istiqamətində, həmçinin hərbi-texniki sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.