Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti İlham Əliyev Viktor Orbana məktub göndərib

© Official website of President of Azerbaijan Republic İlham Əliyev və Viktor Orban
 İlham Əliyev və Viktor Orban - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur. Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir.
Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd etmək istərdim.
Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Xəbər lenti
0