Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ ölkələrinin hökumət başçıları 30-a yaxın məsələni müzakirə edəcəklər - Qırğızıstan XİN

© Sputnik Timur Batyirshin / Mediabanka keçidAİİ
Aİİ - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
"Görüşün yekunu olaraq sənədlər paketinin imzalanması gözlənilir", - deyə nazir bildirib.
BAKI, 23 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçıları oktyabrın 26-da Bişkekdə hökumətlərarası şuranın iclasında assosiasiyanın gələcək inteqrasiya prosesləri ilə bağlı 30-a yaxın məsələni müzakirə edəcəklər.Bu barədə bazar ertəsi Qırğızıstanın xarici işlər naziri Nurlan Aripov mətbuat konfransında bildirib.
"Oktyabrın 26-da keçiriləcək görüşdə assosiasiyada gələcək inteqrasiya proseslərinin əsas istiqamətləri ilə bağlı 30-a yaxın məsələnin müzakirəsi planlaşdırılır", - nazir deyib.
Aripovun sözlərinə görə, baş nazirlər assosiasiya ölkələri arasında sənaye əməkdaşlığını müzakirə etmək, Aİİ-nin gələcək fəaliyyəti və ittifaqda reytinq agentliyinin yaradılması ilə bağlı danışıqlar aparmaq niyyətindədirlər.
"Görüşün yekunu olaraq sənədlər paketinin imzalanması gözlənilir", - deyə o, bildirib.
Xəbər lenti
0