https://sputnik.az/20231022/yaxin-serqde-bas-verenler-ne-ved-edir-459791794.html
Yaxın Şərqdə baş verənlər nə vəd edir?
Yaxın Şərqdə baş verənlər nə vəd edir?
Sputnik Azərbaycan
Şair Ramaldanov hesab edir ki, münaqişə tərəfləri danışıqlar masasına oturmasa, bu, Yaxın Şərqdə vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələrin işinə... 22.10.2023, Sputnik Azərbaycan
2023-10-22T22:47+0400
2023-10-22T22:47+0400
2023-10-22T21:51+0400
şərq
təhlil
yaxın şərq
yaxın şərq
israil
fələstin
həmas
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/12/459707520_0:160:3072:1888_1920x0_80_0_0_27c570dc288ff723b10aed4d39693d3b.jpg
BAKI, 22 oktyabr — Sputnik. Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Artıq bir çox ölkələr İsrail və Həmas arasındakı qarşıdurmanın qlobal savaşa çevriləcəyi ilə bağlı açıqlamalar verirlər. Rusiya və İran XİN rəsmiləri də Yaxın Şərqdə baş verənlərin təhlükəli həddə olduğunu bildirir, barıt çəlləyinə çevrilmiş regionda baş verənlərin digər regionlara da sirayət edə biləcəyindən narahatlıqlarını ifadə edirlər. Artıq Gürcüstan Yaxın Şərdə baş verənlərdən sonra nüvə müharibəsi ehtimalına qarşı tədbirlər gördüyünü bəyan edib. Gürcüstan Dövlət Təhlükəsizlik xidməti məlumat yayıb ki, ölkə mümkün nüvə müharibəsinə qarşı tədbirlər planı hazırlayıb. Sputnik Azərbaycan Yaxın Şərqdə baş verənlərin regionumuza təsirləri ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovla həmsöhbət olub. Ehtiyatda olan polkovnik qeyd edir ki, HƏMAS-ın İsrailə hücumu tək başına fəaliyyət deyil: "HƏMAS-ın arxasında duran və onu maliyyələşdirən, silahlandıran, regionda geosiyasi hədəfləri olan böyük dövlətlərin burada rolu var. İndiyə qədər də HƏMAS və İsrail arasında toqquşmalar olurdu, amma uzun müddətdir ki, bu miqyasda toqquşmalar baş vermirdi. HƏMAS-ın bu cür qəddarlıq terror əməliyyatı keçirməsi iki tərəf arasında gərginlik tarixində heç vaxt qeydə alınmamışdı. Hadisələrin baş verdiyi ilk andan etibarən böyük dövlətlərin proseslərə münasibəti, o cümlədən hərbi gəmilərin göndərilməsi baş verən proseslərin üçüncü dünya müharibəsinin məhz ilkin siqnalları olduğunu deməyə əsas verir. Xarici hərbi hərbi ekspertlər də üçüncü dünya müharibəsi elementləri ilə bağlı öz qeydlərini edirlər". Ramaldanov qeyd edir ki, münaqişənin bu qədər alovlu olmasında dini motivlər də özünü qabarıq şəkildə göstərir: "Eyni zamanda Yaxın Şərqin enerji resursları ilə zəngin olması onu hər zaman ən qızğın münaqişələrin mərkəzində saxlayır. Bu gün Ukrayna-Rusiya münaqişəsi fonunda bu proseslərin cərəyan etməsi dünyanın artıq yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu da özlüyündə təhlükənin genişlənməsi, münaqişələrin digər regionlarda da alovlanmasına gətirib çıxara bilər. Yaxın Şərqlə bağlı hazırki proqnozlar heç də pozitiv deyil. Burada artıq nüvə silahlarına malik olan ölkələrin də iştirakı ilə bağlı fikirlər səsləndirilir. Belə olduğu təqdirdə İsrail və HƏMAS arasındakı münaqişəyə vaxtında müdaxilə edilməsə, ola bilsin ki, proseslər müəyyən bir şəkildə nəzarətdən çıxsın. Bu baş verərsə, onun səbəb olacağı nəticələr arzuolunmazdır və böyük fəsadlara gətirib çıxara bilər". Ekspert qeyd edir ki, nüvə təhlükəsizliyi ilə bağlı Azərbaycanda plan var və ölkəmizdə müvafiq qurumlar bununla bağlı mütəmadi təlimlər keçirirlər: "Azərbaycanda nüvə silahlından müdafiə üzrə işlər daimi olaraq aparılır, təlimlər keçirilir. Fövqəladə Hallar Nazirliyi bununla bağlı işləri yerinə yetirir. Dövlət bu məsələni hər zaman diqqətdə saxlayır"
yaxın şərq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/12/459707520_171:0:2902:2048_1920x0_80_0_0_18be29659671568c21455998f7b27ce5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şərq, yaxın şərq, yaxın şərq, israil, fələstin, həmas
şərq, yaxın şərq, yaxın şərq, israil, fələstin, həmas
Yaxın Şərqdə baş verənlər nə vəd edir?
Şair Ramaldanov hesab edir ki, münaqişə tərəfləri danışıqlar masasına oturmasa, bu, Yaxın Şərqdə vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələrin işinə yaramış olacaq.
BAKI, 22 oktyabr — Sputnik. Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Artıq bir çox ölkələr İsrail və Həmas arasındakı qarşıdurmanın qlobal savaşa çevriləcəyi ilə bağlı açıqlamalar verirlər. Rusiya və İran XİN rəsmiləri də Yaxın Şərqdə baş verənlərin təhlükəli həddə olduğunu bildirir, barıt çəlləyinə çevrilmiş regionda baş verənlərin digər regionlara da sirayət edə biləcəyindən narahatlıqlarını ifadə edirlər.
Artıq Gürcüstan Yaxın Şərdə baş verənlərdən sonra nüvə müharibəsi ehtimalına qarşı tədbirlər gördüyünü bəyan edib. Gürcüstan Dövlət Təhlükəsizlik xidməti məlumat yayıb ki, ölkə mümkün nüvə müharibəsinə qarşı tədbirlər planı hazırlayıb.
Sputnik Azərbaycan Yaxın Şərqdə baş verənlərin regionumuza təsirləri ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovla həmsöhbət olub.
Hərbi ekspert Şair Ramaldanov bildirib ki, Yaxın Şərqdə cərəyan edən proseslər dünyanın bütün nöqtələrində öz təsirini göstərir: "Biz bilirik ki, Yaxın Şərq enerji resurslarının mərkəzi sayılır və bu da baş verənlərə öz təsirini göstərir. Son baş verənlər isə Yaxın Şərqdəki hadisələrin tək həmin regionla məhdudlaşmayacağını və geosiyasi təsirlərinin olacağını deməyə əsas verir".
Ehtiyatda olan polkovnik qeyd edir ki, HƏMAS-ın İsrailə hücumu tək başına fəaliyyət deyil: "HƏMAS-ın arxasında duran və onu maliyyələşdirən, silahlandıran, regionda geosiyasi hədəfləri olan böyük dövlətlərin burada rolu var. İndiyə qədər də HƏMAS və İsrail arasında toqquşmalar olurdu, amma uzun müddətdir ki, bu miqyasda toqquşmalar baş vermirdi. HƏMAS-ın bu cür qəddarlıq terror əməliyyatı keçirməsi iki tərəf arasında gərginlik tarixində heç vaxt qeydə alınmamışdı. Hadisələrin baş verdiyi ilk andan etibarən böyük dövlətlərin proseslərə münasibəti, o cümlədən hərbi gəmilərin göndərilməsi baş verən proseslərin üçüncü dünya müharibəsinin məhz ilkin siqnalları olduğunu deməyə əsas verir. Xarici hərbi hərbi ekspertlər də üçüncü dünya müharibəsi elementləri ilə bağlı öz qeydlərini edirlər".
Şair Ramaldanov hesab edir ki, münaqişə tərəfləri danışıqlar masasına oturmasa, bu, Yaxın Şərqdə vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələrin işinə yaramış olacaq.
Ramaldanov qeyd edir ki, münaqişənin bu qədər alovlu olmasında dini motivlər də özünü qabarıq şəkildə göstərir:
"Eyni zamanda Yaxın Şərqin enerji resursları ilə zəngin olması onu hər zaman ən qızğın münaqişələrin mərkəzində saxlayır. Bu gün Ukrayna-Rusiya münaqişəsi fonunda bu proseslərin cərəyan etməsi dünyanın artıq yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu da özlüyündə təhlükənin genişlənməsi, münaqişələrin digər regionlarda da alovlanmasına gətirib çıxara bilər. Yaxın Şərqlə bağlı hazırki proqnozlar heç də pozitiv deyil. Burada artıq nüvə silahlarına malik olan ölkələrin də iştirakı ilə bağlı fikirlər səsləndirilir. Belə olduğu təqdirdə İsrail və HƏMAS arasındakı münaqişəyə vaxtında müdaxilə edilməsə, ola bilsin ki, proseslər müəyyən bir şəkildə nəzarətdən çıxsın. Bu baş verərsə, onun səbəb olacağı nəticələr arzuolunmazdır və böyük fəsadlara gətirib çıxara bilər".
Ekspert qeyd edir ki, nüvə təhlükəsizliyi ilə bağlı Azərbaycanda plan var və ölkəmizdə müvafiq qurumlar bununla bağlı mütəmadi təlimlər keçirirlər: "Azərbaycanda nüvə silahlından müdafiə üzrə işlər daimi olaraq aparılır, təlimlər keçirilir. Fövqəladə Hallar Nazirliyi bununla bağlı işləri yerinə yetirir. Dövlət bu məsələni hər zaman diqqətdə saxlayır"