https://sputnik.az/20231022/rusiyanin-nshqm-ile-bagli-qerar-verdiyi-gun-abs-nuve-poliqonunda-sinaqlar-kecirib-459840574.html
Rusiyanın NSHQM ilə bağlı qərar verdiyi gün ABŞ nüvə poliqonunda sınaqlar keçirib
Rusiyanın NSHQM ilə bağlı qərar verdiyi gün ABŞ nüvə poliqonunda sınaqlar keçirib
Sputnik Azərbaycan
NSHQM 1996-cı ildə imzalanıb. Lakin 2000-ci ildə bu addımı atmış Rusiyadan fərqli olaraq, bir sıra ölkələr, o cümlədən ABŞ onu hələ də ratifikasiya etməyib. 22.10.2023, Sputnik Azərbaycan
2023-10-22T19:35+0400
2023-10-22T19:35+0400
2023-10-22T20:55+0400
dünya xəbərləri
nüvə
nüvə sınağı
poliqon
rusiya
abş
energetika nazirliyi
sergey ryabkov
rusiya xarici işlər nazirinin müavini sergey ryabov
nüvə sınaqlarının hərtərəfli qadağası müqaviləsi
https://cdnn1.img.sputnik.az/img/42289/46/422894670_0:320:3072:2048_1920x0_80_0_0_9fad3b8efdb82bdf76d2acb420401569.jpg
BAKI, 22 oktyabr - Sputnik. ABŞ Nevada ştatında əvvəllər nüvə silahını sınaqdan keçirdikləri poliqonda yeraltı sınaqlar keçirib, ABŞ Energetika Nazirliyinin yaydığı məlumatda belə deyilir.Bu, Rusiya Dövlət Dumasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (NSHQM) ratifikasiyasını ləğv edən qanunu qəbul etdiyi gün baş verib. "Nevada Milli Təhlükəsizlik Saytının komandası ABŞ-ın bütün dünyada aşağı rentabelli nüvə partlayışlarını aşkar etmək qabiliyyətini təkmilləşdirmək üçün ərazidə yeraltı kimyəvi partlayış həyata keçirib", - nazirliyin açıqlamasında deyilir.Qeyd olunur ki, sınaqlar çərşənbə günü - Rusiya Dövlət Dumasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqavilənin (NSHQM) ratifikasiyasının geri götürülməsi haqqında qanunu qəbul etdiyi gün keçirilib. Rusiya Federasiya Şurası sənədə oktyabrın 25-də baxacaq."Bu təcrübə üçün <…> yüksək güclü kimyəvi partlayıcılardan və radioizotop indikatorlardan istifadə edilib", - nazirlik əlavə edib.Sınağın qlobal nüvə təhlükələrini azaltmaq üçün "ABŞ-ın nüvə silahının yayılmaması məqsədlərinə dəstək məqsədilə" aparıldığı bildirilir.NSHQM 1996-cı ildə imzalanıb. Lakin 2000-ci ildə bu addımı atmış Rusiyadan fərqli olaraq, bir sıra ölkələr, o cümlədən ABŞ onu hələ də ratifikasiya etməyib. Eyni zamanda, nüvə silahına malik olan ölkələr belə sınaqların keçirilməməsi ilə bağlı könüllü öhdəliklər götürüblər.Mart ayında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, NSHQM ətrafında vəziyyət ABŞ-ın hərəkətləri səbəbindən artan narahatlığa səbəb olur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42289/46/422894670_222:0:2953:2048_1920x0_80_0_0_a0724aa37e27f314fb3f78a22f4f55f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nüvə, nüvə sınağı, poliqon, rusiya, abş, energetika nazirliyi, sergey ryabkov, rusiya xarici işlər nazirinin müavini sergey ryabov, nüvə sınaqlarının hərtərəfli qadağası müqaviləsi
nüvə, nüvə sınağı, poliqon, rusiya, abş, energetika nazirliyi, sergey ryabkov, rusiya xarici işlər nazirinin müavini sergey ryabov, nüvə sınaqlarının hərtərəfli qadağası müqaviləsi
Rusiyanın NSHQM ilə bağlı qərar verdiyi gün ABŞ nüvə poliqonunda sınaqlar keçirib
19:35 22.10.2023 (Yenilənib: 20:55 22.10.2023) NSHQM 1996-cı ildə imzalanıb. Lakin 2000-ci ildə bu addımı atmış Rusiyadan fərqli olaraq, bir sıra ölkələr, o cümlədən ABŞ onu hələ də ratifikasiya etməyib.
BAKI, 22 oktyabr - Sputnik. ABŞ Nevada ştatında əvvəllər nüvə silahını sınaqdan keçirdikləri poliqonda yeraltı sınaqlar keçirib, ABŞ Energetika Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Bu, Rusiya Dövlət Dumasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (NSHQM) ratifikasiyasını ləğv edən qanunu qəbul etdiyi gün baş verib.
"Nevada Milli Təhlükəsizlik Saytının komandası ABŞ-ın bütün dünyada aşağı rentabelli nüvə partlayışlarını aşkar etmək qabiliyyətini təkmilləşdirmək üçün ərazidə yeraltı kimyəvi partlayış həyata keçirib", - nazirliyin açıqlamasında deyilir.
Qeyd olunur ki, sınaqlar çərşənbə günü - Rusiya Dövlət Dumasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqavilənin (NSHQM) ratifikasiyasının geri götürülməsi haqqında qanunu qəbul etdiyi gün keçirilib. Rusiya Federasiya Şurası sənədə oktyabrın 25-də baxacaq.
"Bu təcrübə üçün <…> yüksək güclü kimyəvi partlayıcılardan və radioizotop indikatorlardan istifadə edilib", - nazirlik əlavə edib.
Sınağın qlobal nüvə təhlükələrini azaltmaq üçün "ABŞ-ın nüvə silahının yayılmaması məqsədlərinə dəstək məqsədilə" aparıldığı bildirilir.
NSHQM 1996-cı ildə imzalanıb. Lakin 2000-ci ildə bu addımı atmış Rusiyadan fərqli olaraq, bir sıra ölkələr, o cümlədən ABŞ onu hələ də ratifikasiya etməyib. Eyni zamanda, nüvə silahına malik olan ölkələr belə sınaqların keçirilməməsi ilə bağlı könüllü öhdəliklər götürüblər.
Mart ayında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, NSHQM ətrafında vəziyyət ABŞ-ın hərəkətləri səbəbindən artan narahatlığa səbəb olur.