Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Mustafa Kamal Atatürk - 2023" birgə təliminin növbəti tapşırıqları məşq etdirilib

© AR Ministry of DefenceHərbi hissədə taktiki təlim keçirilib
Hərbi hissədə taktiki təlim keçirilib - Sputnik Azərbaycan, 1920, 22.10.2023
Abunə olmaq
Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.
BAKI, 22 oktyabr - Sputnik. "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi ərəfəsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin komando bölmələri xüsusi tapşırıqların icrasını məşq ediblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Plana uyğun olaraq əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin diversiya qrupunun yaşayış məntəqələrində yerləşən müvəqqəti sığınacaqlarının müəyyən edilməsi və mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.
Xəbər lenti
0