https://sputnik.az/20231022/minden-cox-qoyun-ve-keci-madridin-merkezine-axin-edib-459843774.html
Mindən çox qoyun və keçi Madridin mərkəzinə axın edib
Mindən çox qoyun və keçi Madridin mərkəzinə axın edib
Sputnik Azərbaycan
Bu qeyri-adi tamaşa hər il oktyabr ayında təkrarlanır, lakin 2023-cü ildə bir yenilik də var 22.10.2023, Sputnik Azərbaycan
2023-10-22T23:56+0400
2023-10-22T23:56+0400
2023-10-22T23:56+0400
dünya xəbərləri
madrid
qoyun
keçi
festival
ispaniya
turist
sakin
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0e/426454899_0:113:1200:788_1920x0_80_0_0_95fb8b4726108a001c00fced3d88f3e2.jpg
BAKI, 22 oktyabr - Sputnik. 1100 qoyun və 200 keçidən ibarət sürü bu il 30 illik yubileyini qeyd edən ənənəvi Transhumancia festivalı çərçivəsində Madridin mərkəzi küçələrində dolaşıb. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.Bu qeyri-adi tamaşa hər il oktyabr ayında təkrarlanır, lakin 2023-cü ildə bir yenilik də var: ilk dəfə olaraq qoyun-keçi sürüsünü idarə etmək qadına həvalə edilib. O qadın bu il 750 illik yubileyini qeyd edən krallığın ən qədim maldarlıq gildiyalarından birinin nümayəndəsi Mariti Qonzalesdir.Səhərdən paradı yüzlərlə yerli sakin və turist müşayiət edib. Hamı gün ərzində İspaniya paytaxtının mərkəzi küçələrindən maşınları sıxışdırıb çıxaran çobanların və onların heyvanlarının cib telefonu ilə şəkillərini çəkib. Sürü şəhərin mərkəzindəki ərazilərdən keçdikcə izdiham artıb.1994-cü ildə İspaniyanın tarixən mühüm kənd təsərrüfatı sektorunun şərəfinə ilk dəfə qeyd olunan Trashumancia festivalı ənənə halını alıb. Tədbirin əsas məqsədi biomüxtəlifliyin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə müsbət təsir göstərən geniş otlaq sahələrini qorumaq və təşviq etməkdir.
madrid
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0e/426454899_0:0:1200:900_1920x0_80_0_0_f2ad6b9a7ffdf8cea8a5984fa665b1b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
madrid, qoyun, keçi, festival, ispaniya, turist, sakin
madrid, qoyun, keçi, festival, ispaniya, turist, sakin
Mindən çox qoyun və keçi Madridin mərkəzinə axın edib
Bu qeyri-adi tamaşa hər il oktyabr ayında təkrarlanır, lakin 2023-cü ildə bir yenilik də var
BAKI, 22 oktyabr - Sputnik. 1100 qoyun və 200 keçidən ibarət sürü bu il 30 illik yubileyini qeyd edən ənənəvi Transhumancia festivalı çərçivəsində Madridin mərkəzi küçələrində dolaşıb. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
Bu qeyri-adi tamaşa hər il oktyabr ayında təkrarlanır, lakin 2023-cü ildə bir yenilik də var: ilk dəfə olaraq qoyun-keçi sürüsünü idarə etmək qadına həvalə edilib. O qadın bu il 750 illik yubileyini qeyd edən krallığın ən qədim maldarlıq gildiyalarından birinin nümayəndəsi Mariti Qonzalesdir.
Səhərdən paradı yüzlərlə yerli sakin və turist müşayiət edib. Hamı gün ərzində İspaniya paytaxtının mərkəzi küçələrindən maşınları sıxışdırıb çıxaran çobanların və onların heyvanlarının cib telefonu ilə şəkillərini çəkib. Sürü şəhərin mərkəzindəki ərazilərdən keçdikcə izdiham artıb.
1994-cü ildə İspaniyanın tarixən mühüm kənd təsərrüfatı sektorunun şərəfinə ilk dəfə qeyd olunan Trashumancia festivalı ənənə halını alıb. Tədbirin əsas məqsədi biomüxtəlifliyin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə müsbət təsir göstərən geniş otlaq sahələrini qorumaq və təşviq etməkdir.