Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hollivud ulduzları və Nobel mükafatçıları İsrail-Həmas müharibəsi üçün bir araya gəldilər

© AFP 2023 / MAHMUD HAMSQəzza zolağı
Qəzza zolağı - Sputnik Azərbaycan, 1920, 22.10.2023
Abunə olmaq
Hollivud ulduzları və Nobel mükafatçıları ABŞ prezidenti Corc Baydendə məktub yollayıblar.
BAKI, 22 oktyabr — Sputnik. Hollivud ulduzları ABŞ prezidenti Corc Baydeni İsrail-Həmas münaqişəsində atəşkəs elan etməyə çağırıb.
60-dan çox adamın imzası ilə Baydenə ünvanlanan məktubda deyilir: "Daha bir can itkisindən əvvəl Qəzza və İsraildə gərginliyi dərhal azaltmağı, atəşkəsə çağırmağı xahiş edirik. 5 mindən çox insan həlak olub. Vicdanı olan hər kəs bu rəqəmi nəzərə almalıdır".
Sözügedən məktubu imzalayanlar arasında Xoakin Feniks, Cessika Çesteyn, Keyt Blanşet, Mark Ruffalo kimi Hollivud ulduzları, həmçinin Dua Lipa və Kehlani kimi musiqi dünyasının məşhur adları var.
Nobel mükafatçıları isə Qəzza və İsraildəki uşaqların həyatına üstünlük verilməsini tələb ediblər. Müxtəlif illərdə müxtəlif sahələrdə Nobel mükafatı alan 29 nəfər birgə bəyanatda İsrail-Həmas müharibəsindən zərər çəkmiş uşaqların təhlükəsizliyinə üstünlük verilməsini istəyib:
"Fələstinli və israilli uşaqları bizim övladlarımızdır. Əgər belə ediriksə, özümüzü mədəni hesab edə bilmərik. Hər kəsi uşaqların müharibələrə səbəb olmadığını və bu vəziyyətdə heç bir məsuliyyət daşımadıqlarını xatırlamağa çağırırıq".
Xəbər lenti
0