https://sputnik.az/20231022/britaniyanin-hindistanli-bas-naziri-malikanesinin-etrafina-taxta-hasar-cekdirmek-isteyir-459830942.html
Britaniyanın hindistanlı Baş naziri malikanəsinin ətrafına taxta hasar çəkdirmək istəyir
Britaniyanın hindistanlı Baş naziri malikanəsinin ətrafına taxta hasar çəkdirmək istəyir
Sputnik Azərbaycan
Rişi Sunak "Greenpeace" təbiəti mühafizə təşkilatının fəallarının Baş nazirin malikanəsinə daxil olması, bu zaman orada mühafizə və polisin olmaması fonunda... 22.10.2023, Sputnik Azərbaycan
2023-10-22T12:50+0400
2023-10-22T12:50+0400
2023-10-22T12:50+0400
rişi sunak
dünya xəbərləri
böyük britaniya
britaniya
hasar
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447839318_0:0:3072:1728_1920x0_80_0_0_83a536e97f5942e14d19ed866074972f.jpg
BAKI, 22 oktyabr — Sputnik. Böyük Britaniyanın Baş naziri Rişi Sunak Şimali Yorkşir qraflığındakı Kirbi-Siqston kəndindəki malikanəsinin ətrafına taxta hasar çəkdirməyə qərar verib. "The Mail on Sunday" qəzetinin yazdığına görə, yerli bələdiyyəyə ünvanlanan müraciətdə bildirilib ki, hündürlüyü 1,2 m olan 50 metr uzunluğunda hasar malikanənin qarşısındakı açıq ərazini bağlamalı və "yaşayış sahələrinə müdaxilənin qarşısını alan maneə" rolunu oynamalıdır. Rişi Sunak avqustda "Greenpeace" təbiəti mühafizə təşkilatının fəallarının Baş nazirin malikanəsinə daxil olması, bu zaman orada mühafizə və polisin olmaması fonunda belə bir qərar verib. Həmin vaxt bir neçə fəal dəyəri 2,4 milyon dollar olan malikanənin damına çıxıb və Şimal dənizində yeni neft-qaz yataqlarının işlənilməsinə icazə verilməsinə etiraz əlaməti olaraq binanın fasadını 200 kvadratmetrlik qara kətanla örtüblər. Həmin vaxt Baş nazir və ailəsi evdə olmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447839318_171:0:2902:2048_1920x0_80_0_0_70ac8e98c6ae0685bcd2e19916db33fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rişi sunak, böyük britaniya, britaniya, hasar
rişi sunak, böyük britaniya, britaniya, hasar
Britaniyanın hindistanlı Baş naziri malikanəsinin ətrafına taxta hasar çəkdirmək istəyir
Rişi Sunak "Greenpeace" təbiəti mühafizə təşkilatının fəallarının Baş nazirin malikanəsinə daxil olması, bu zaman orada mühafizə və polisin olmaması fonunda belə bir qərar verib.
BAKI, 22 oktyabr — Sputnik. Böyük Britaniyanın Baş naziri Rişi Sunak Şimali Yorkşir qraflığındakı Kirbi-Siqston kəndindəki malikanəsinin ətrafına taxta hasar çəkdirməyə qərar verib.
"The Mail on Sunday" qəzetinin yazdığına görə, yerli bələdiyyəyə ünvanlanan müraciətdə bildirilib ki, hündürlüyü 1,2 m olan 50 metr uzunluğunda hasar malikanənin qarşısındakı açıq ərazini bağlamalı və "yaşayış sahələrinə müdaxilənin qarşısını alan maneə" rolunu oynamalıdır.
Rişi Sunak avqustda "Greenpeace" təbiəti mühafizə təşkilatının fəallarının Baş nazirin malikanəsinə daxil olması, bu zaman orada mühafizə və polisin olmaması fonunda belə bir qərar verib. Həmin vaxt bir neçə fəal dəyəri 2,4 milyon dollar olan malikanənin damına çıxıb və Şimal dənizində yeni neft-qaz yataqlarının işlənilməsinə icazə verilməsinə etiraz əlaməti olaraq binanın fasadını 200 kvadratmetrlik qara kətanla örtüblər. Həmin vaxt Baş nazir və ailəsi evdə olmayıb.