Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Beş yüzdən çox dövlət informasiya sistemində nöqsan aşkar edilib

© AP Photo / Dake KangKompüter arxasında iş, arxiv şəkli
Kompüter arxasında iş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.10.2023
Abunə olmaq
Dövlət qurumlarından 3 rüb ərzində 5418 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
BAKI, 22 oktyabr — Sputnik. Cari ilin 3 rübü ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində 542 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilib, audit hesabatları hazırlanıb, tövsiyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edilib.
Bu barədə XRİTDX-nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülletenində bildirilir.
Ötən ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 380 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildən istifadəyə verilmiş "elektron sorğu sistemi" vasitəsi ilə dövlət qurumlarından 3 rüb ərzində 5418 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Xəbər lenti
0