Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Avropada azad fikrə dözümsüzlük: Fələstini dəstəkləyən pianoçunun konsertləri ləğv edildi

© AFP 2023 / YASIN AKGULFazıl Say
Fazıl Say - Sputnik Azərbaycan, 1920, 22.10.2023
Abunə olmaq
"Migros" şirkətinin rəsmiləri Fazıl Sayın İsveçrədəki 4 gün davam edəcək konsertini ləğv ediblər.
BAKI, 22 oktyabr — Sputnik. Dünyaca məşhur pianoçu Fazıl Sayın İsveçrədəki konsertləri Fələstinə dəstək paylaşımlarına görə ləğv olunub.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, pianoçunun oktyabrın 23, 24, 25 və 26-da Sürix, Bern, Cenevrə və İsveçrənin Luzern şəhərlərində keçirilməsi planlaşdırılan konsertlərinin ləğv edildiyi bildirilib.
Fazıl bununla bağlı sosial media hesabında paylaşım edib. O bildirib ki, "Migros" şirkətinin rəsmiləri onun konsertlərini İsrail-Fələstin münaqişəsi ilə bağlı yayımladığı fikirlərə görə ləğv edib:
"Bütün yazılarım heç bir dəyişiklik olmadan sosial mediamda qalır. Sülh tərəfdarıyam, paylaşımlarım da bu istiqamətdə olub. 24 ildir İsrailə gedən adamam. Terror hadisələri hamı kimi məni də kədərləndirdi. Yazmışdım ki, Netanyahunun (İsrailin Baş naziri Benyamin Netanyahu -red.) gələcəyi olmayan müharibə siyasətini çox yanlış və cinayət hesab edirəm. Vurğuladım ki, Avropada ifadə azadlığına etibar etmək olar, heç bir qaranlıq və ya anlayışsızlıq olmayacaq. Bu narahatedici hadisə mənim inamımı sarsıtdı".
Xəbər lenti
0