https://sputnik.az/20231022/adli-telebe-teqaudlerini-hansi-telebeler-alir-459796253.html
Adlı tələbə təqaüdlərini hansı tələbələr alır?
Adlı tələbə təqaüdlərini hansı tələbələr alır?
Sputnik Azərbaycan
Ekspert bildirib ki, Azərbaycanda iri holdinqlər öz kadr potensiallarını gücləndirmək üçün tələbələrə təqaüdlər verməlidirlər. 22.10.2023, Sputnik Azərbaycan
2023-10-22T14:10+0400
2023-10-22T14:10+0400
2023-10-22T14:10+0400
tələbə
təhsil
prezident
təqaüd
prezident təqaüdü
tələbə
kamran əsədov
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_0:0:3077:1731_1920x0_80_0_0_afb59f2a01f4aabf9b43fc21915438ac.jpg
BAKI, 22 oktyabr — Sputnik. "Azərbaycanda adlı tələbə təqaüdlərinin sayı azdır". Bunu dünən elm və təhsil naziri Emin Əmrullayev "Gənc Qızların Təhsilinə Dəstək" layihəsi çərçivəsində "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023"ün təqdimat mərasimində deyib. Nazir nümunə olaraq bildirib ki, xaricdəki hər hansı universitetdə bir neçə yüz adda təqaüd var: "Ümid edirəm ki, biz də daha çox adda təqaüd görəcəyik və təhsilə əlçatanlıq artacaq. Tək dövlət təhsili olmamalı, eləcə də nazir sırf dövlət təhsil müəssisələrini tənzimləyən şəxs olmamalıdır. Özəl sektor da bu sahədə fəaliyyətini artırmalıdır. Bu gün təqaüdlərə ayrılan vəsaitlər bir neçə milyon manatdan çox deyil və gediləcək uzun yol var". Adlı tələbə təqaüdləri niyə azdır? Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ali və peşə təhsili müəssisələrində bir neçə təqaüd növü mövcuddur. Onun sözlərinə görə, ümumilikdə ölkəmizin təhsil sistemində standart, prezident və adlı təqaüdlər var. Adlı təqaüdlər təhsildə uğurlu nəticələri ilə fərqlənən şəxslər üçün nəzərdə tutulur. Bunu isə dövlət, universitet və fiziki və hüquqi şəxslər müəyyən edə bilər. Həmsöhbətimiz bildirib ki, Azərbaycanda tələbələrin əksəriyyəti adlı təqaüdlərdən xəbərsizdir: "Adlı təqaüd əsasən Bakı Dövlət Universitetində qalıb. Bu universitetdə 20-dən çox adlı təqaüd var. Bunlar Heydər Əliyev, Zərifə Əliyeva, Əziz Əliyev, Ziya Bünyadov, Mircəlala Paşayev adına və sair təqaüdlərdir. Amma adlı təqaüdlərin sayı çoxaldılmalıdır. İqtisadiyyat, neft və qaz sahəsində təhsil verən universitetlər maraqlı olmalıdırlar ki, tələbələrinə adlı təqaüdlər versinlər. Bu həm tələbələrin sosial vəziyyətinə müsbət təsir edir, həmçinin də təhsilə daha çox maraq oyadır".Ekspert onu da qeyd edib ki, əvvəllər özəl universitetlərdə adlı təqaüdlər olsa da, artıq bu dayandırılıb: "Tədris və akademik göstəricilərinə görə tələbələrin təqaüd məbləği dəyişir. Çox yaxşı olardı ki, tələbələrə iri şirkətlər də təqaüd versinlər. Azərbaycanda iri holdinqlər öz kadr potensiallarını gücləndirmək üçün tələbələrə təqaüdlər verməlidirlər. Yüksək göstəriciləri olan tələbələrə adlı təqaüdlərin verilməsi təhsilə marağın artırılması baxımından çox əhəmiyyətlidir". Bəzi universitetlər adlı tələbə təqaüdləri verir Azərbaycan Dövlət Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova Sputnik Azərbaycan-a bildirib ki, qəbulda 600-dən yuxarı nəticə göstərən tələbələrə "Rektorun xüsusi təqaüdü" adlı təqaüd verilir. O, gələcəkdə adlı təqaüdlərin sayının artırılmasının nəzərdə tutulduğunu söyləyib. Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Sputnik Azərbaycan-a bildiriblər ki, UNEC-də 600 və daha yüksək bal toplayan I kurs tələbələrinə, eləcə də beynəlxalq olimpiada və respublika fənn olimpiadaları qaliblərinə birinci semestr ərzində 100 manat məbləğində xüsusi təqaüd verilir. Eləcə də, hər semestrdə imtahan sessiyasının nəticələrinə görə hər kurs üzrə ÜOMG-si ən yüksək olan 15 tələbəyə "Əlaçı təqaüdü" verilir. Bundan başqa, tələbələr adlı təqaüd proqramlarına da qatılaraq, təqaüdlər qazanırlar. Azərbaycan İlahiyyat İnstitutundan isə bildirdilər ki, ali təhsil müəssisəsində dövlət tərəfindən ayrılan tələbə təqaüdündən əlavə, Dinşünaslıq ixtisası üzrə semestr ərzində ümumi ortalama göstəricisi yüksək olan bir tələbəyə "Heydər Əliyev adına təqaüd", İslamşünaslıq ixtisası üzrə semestr ərzində göstəricisi yüksək olan bir tələbəyə isə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən "Şeyxülislam təqaüdü" verilir. QMİ-nin təsis etdiyi "Vasim Məmmədəliyev adına təqaüd" isə İslamşünaslıq ixtisası üzrə semestr ərzində göstəriciləri yüksək olan üç tələbəyə təqdim olunur. Hansı tələbə təqaüdləri var? Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrində tələbələrə standart, prezident və adlı təqaüdlər verilir. Ali məktəblərdə təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib: Magistratura səviyyəsi üzrə: 1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat; 2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat; 3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat; Bakalavriat səviyyəsi üzrə: 1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat; 2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat; 3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat. Prezident təqaüdünün məbləği - 275 manat.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_43:0:2772:2047_1920x0_80_0_0_5483a27c24c343a4d559228f10585792.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tələbə, prezident, təqaüd, prezident təqaüdü, tələbə, kamran əsədov
tələbə, prezident, təqaüd, prezident təqaüdü, tələbə, kamran əsədov
Adlı tələbə təqaüdlərini hansı tələbələr alır?
Ekspert bildirib ki, Azərbaycanda iri holdinqlər öz kadr potensiallarını gücləndirmək üçün tələbələrə təqaüdlər verməlidirlər.
BAKI, 22 oktyabr — Sputnik. "Azərbaycanda adlı tələbə təqaüdlərinin sayı azdır". Bunu dünən elm və təhsil naziri Emin Əmrullayev "Gənc Qızların Təhsilinə Dəstək" layihəsi çərçivəsində "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023"ün təqdimat mərasimində deyib.
Nazir nümunə olaraq bildirib ki, xaricdəki hər hansı universitetdə bir neçə yüz adda təqaüd var:
"Ümid edirəm ki, biz də daha çox adda təqaüd görəcəyik və təhsilə əlçatanlıq artacaq. Tək dövlət təhsili olmamalı, eləcə də nazir sırf dövlət təhsil müəssisələrini tənzimləyən şəxs olmamalıdır. Özəl sektor da bu sahədə fəaliyyətini artırmalıdır. Bu gün təqaüdlərə ayrılan vəsaitlər bir neçə milyon manatdan çox deyil və gediləcək uzun yol var".
Adlı tələbə təqaüdləri niyə azdır?
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ali və peşə təhsili müəssisələrində bir neçə təqaüd növü mövcuddur. Onun sözlərinə görə, ümumilikdə ölkəmizin təhsil sistemində standart, prezident və adlı təqaüdlər var. Adlı təqaüdlər təhsildə uğurlu nəticələri ilə fərqlənən şəxslər üçün nəzərdə tutulur. Bunu isə dövlət, universitet və fiziki və hüquqi şəxslər müəyyən edə bilər.
Həmsöhbətimiz bildirib ki, Azərbaycanda tələbələrin əksəriyyəti adlı təqaüdlərdən xəbərsizdir:
"Adlı təqaüd əsasən Bakı Dövlət Universitetində qalıb. Bu universitetdə 20-dən çox adlı təqaüd var. Bunlar Heydər Əliyev, Zərifə Əliyeva, Əziz Əliyev, Ziya Bünyadov, Mircəlala Paşayev adına və sair təqaüdlərdir. Amma adlı təqaüdlərin sayı çoxaldılmalıdır. İqtisadiyyat, neft və qaz sahəsində təhsil verən universitetlər maraqlı olmalıdırlar ki, tələbələrinə adlı təqaüdlər versinlər. Bu həm tələbələrin sosial vəziyyətinə müsbət təsir edir, həmçinin də təhsilə daha çox maraq oyadır".
Ekspert onu da qeyd edib ki, əvvəllər özəl universitetlərdə adlı təqaüdlər olsa da, artıq bu dayandırılıb:
"Tədris və akademik göstəricilərinə görə tələbələrin təqaüd məbləği dəyişir. Çox yaxşı olardı ki, tələbələrə iri şirkətlər də təqaüd versinlər. Azərbaycanda iri holdinqlər öz kadr potensiallarını gücləndirmək üçün tələbələrə təqaüdlər verməlidirlər. Yüksək göstəriciləri olan tələbələrə adlı təqaüdlərin verilməsi təhsilə marağın artırılması baxımından çox əhəmiyyətlidir".
Bəzi universitetlər adlı tələbə təqaüdləri verir
Azərbaycan Dövlət Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova Sputnik Azərbaycan-a bildirib ki, qəbulda 600-dən yuxarı nəticə göstərən tələbələrə "Rektorun xüsusi təqaüdü" adlı təqaüd verilir. O, gələcəkdə adlı təqaüdlərin sayının artırılmasının nəzərdə tutulduğunu söyləyib.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Sputnik Azərbaycan-a bildiriblər ki, UNEC-də 600 və daha yüksək bal toplayan I kurs tələbələrinə, eləcə də beynəlxalq olimpiada və respublika fənn olimpiadaları qaliblərinə birinci semestr ərzində 100 manat məbləğində xüsusi təqaüd verilir. Eləcə də, hər semestrdə imtahan sessiyasının nəticələrinə görə hər kurs üzrə ÜOMG-si ən yüksək olan 15 tələbəyə "Əlaçı təqaüdü" verilir. Bundan başqa, tələbələr adlı təqaüd proqramlarına da qatılaraq, təqaüdlər qazanırlar.
Azərbaycan İlahiyyat İnstitutundan isə bildirdilər ki, ali təhsil müəssisəsində dövlət tərəfindən ayrılan tələbə təqaüdündən əlavə, Dinşünaslıq ixtisası üzrə semestr ərzində ümumi ortalama göstəricisi yüksək olan bir tələbəyə "Heydər Əliyev adına təqaüd", İslamşünaslıq ixtisası üzrə semestr ərzində göstəricisi yüksək olan bir tələbəyə isə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən "Şeyxülislam təqaüdü" verilir. QMİ-nin təsis etdiyi "Vasim Məmmədəliyev adına təqaüd" isə İslamşünaslıq ixtisası üzrə semestr ərzində göstəriciləri yüksək olan üç tələbəyə təqdim olunur.
Hansı tələbə təqaüdləri var?
Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrində tələbələrə standart, prezident və adlı təqaüdlər verilir. Ali məktəblərdə təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
Magistratura səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
Bakalavriat səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.
Prezident təqaüdünün məbləği - 275 manat.