DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da yəhudi icmasının lideri qətlə yetirilib

© AFP 2023 / SARAH RICESamanta Uollun öldürüldüyü ərazi
Samanta Uollun öldürüldüyü ərazi - Sputnik Azərbaycan, 1920, 22.10.2023
Abunə olmaq
Slotkin qeyd edib ki, "Uoll qısa ömrünü yəhudi və müsəlman icmaları arasında əlaqələr qurmağa", "inanclar arasında anlaşmanı gücləndirməyə", "qaranlıq simalara işıq gətirməyə həsr etdi".
BAKI, 22 oktyabr - Sputnik. Detroit yəhudi icmasının dini lideri Samanta Uoll oktyabrın 21-i şənbə günü vəhşicəsinə qətlə yetirilib.
Bu barədə CNN yerli hakimiyyət orqanlarına və sinaqoqun mesajına istinadən məlumat yayıb. Polisin məlumatına görə, Detroit sinaqoqunun sədri şənbə günü səhər evinin qarşısında çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölü tapılıb.
Detroit Polis Departamenti qadının ölü tapıldığı evinə aparan "qan izi"nin olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətlin binada törədildiyini güman edirlər. Cinayətin motivi məlum deyil. Hazırda iş ölüm hallarının araşdırılması və istintaq şöbəsinə verilib.
“İdarə Heyətimizin prezidenti Samanta Uollun gözlənilməz ölümünü öyrənmək bizi sarsıtdı və kədərləndi. Onun xatirəsini hörmətlə anırıq”, - sinaqoq nümayəndələri sosial şəbəkələrdə yazıblar.
Qeyd olunur ki, qadın ravvin əvvəllər ABŞ-ın Demokratlar partiyasından olan konqresmen Elissa Slotkinlə birlikdə çalışıb.
Slotkin qeyd edib ki, "Uoll qısa ömrünü yəhudi və müsəlman icmaları arasında əlaqələr qurmağa", "inanclar arasında anlaşmanı gücləndirməyə", "qaranlıq simalara işıq gətirməyə həsr etdi".
Xəbər lenti
0