https://sputnik.az/20231022/a-dekabrda-turkiye-ucun-yol-xeritesini-mueyyenlesdirecek-459843308.html
Aİ dekabrda Türkiyə üçün "yol xəritəsi"ni müəyyənləşdirəcək
Aİ dekabrda Türkiyə üçün "yol xəritəsi"ni müəyyənləşdirəcək
Sputnik Azərbaycan
Türkiyə 1963-cü ildə Aİ (o zaman Aİİ) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. 22.10.2023, Sputnik Azərbaycan
2023-10-22T22:11+0400
2023-10-22T22:11+0400
2023-10-23T09:39+0400
dünya xəbərləri
ai
dekabr
türkiyə
avropa ittifaqı
yol xəritəsi
https://cdnn1.img.sputnik.az/img/41652/54/416525440_0:206:2164:1423_1920x0_80_0_0_c37077a7d8d9432546bd313caca9a110.jpg
BAKI, 22 oktyabr - Sputnik. Aİ-yə üzv ölkələrin liderləri dekabrın ortalarında Türkiyənin gələcək üzvlük prosesi üçün “yol xəritəsi”ni müəyyən edəcəklər. Bu barədə ölkənin ticarət naziri Ömər Bolat məlumat verib.Türkiyə 1963-cü ildə Aİ (o zaman Aİİ) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır. Bundan əvvəl, BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan lazım gələrsə, Türkiyə ilə Aİ-nin yollarının “ayrıla biləcəyini” demişdi.Noyabrın 8-də Aİ-nin genişlənmə hesabatı ilə Türkiyə ilə bağlı dosye açacağını qeyd edən Bolat, dekabrın ortalarında üzv ölkələrin liderlər səviyyəsində Türkiyə üçün yol xəritəsi müəyyən edəcəkləri müjdəsini verib.Ərdoğan daha əvvəl demişdi ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri “mümkün qədər tez” göndərməyə razılaşıb. İsveç Avropa Birliyinin üzvü kimi ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə yardım edəcəyinə söz verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41652/54/416525440_134:0:2031:1423_1920x0_80_0_0_c24111f6180b9f022eb5d6ce74c298f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ai, dekabr, türkiyə, avropa ittifaqı, yol xəritəsi
ai, dekabr, türkiyə, avropa ittifaqı, yol xəritəsi
Aİ dekabrda Türkiyə üçün "yol xəritəsi"ni müəyyənləşdirəcək
22:11 22.10.2023 (Yenilənib: 09:39 23.10.2023) Türkiyə 1963-cü ildə Aİ (o zaman Aİİ) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib.
BAKI, 22 oktyabr - Sputnik. Aİ-yə üzv ölkələrin liderləri dekabrın ortalarında Türkiyənin gələcək üzvlük prosesi üçün “yol xəritəsi”ni müəyyən edəcəklər. Bu barədə ölkənin ticarət naziri Ömər Bolat məlumat verib.
Türkiyə 1963-cü ildə Aİ (o zaman Aİİ) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır. Bundan əvvəl, BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan lazım gələrsə, Türkiyə ilə Aİ-nin yollarının “ayrıla biləcəyini” demişdi.
Noyabrın 8-də Aİ-nin genişlənmə hesabatı ilə Türkiyə ilə bağlı dosye açacağını qeyd edən Bolat, dekabrın ortalarında üzv ölkələrin liderlər səviyyəsində Türkiyə üçün yol xəritəsi müəyyən edəcəkləri müjdəsini verib.
Ərdoğan daha əvvəl demişdi ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri “mümkün qədər tez” göndərməyə razılaşıb. İsveç Avropa Birliyinin üzvü kimi ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə yardım edəcəyinə söz verib.