Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Xüsusi təyinatlılarımız yüksək peşəkarlıq nümayiş etdirirlər - VİDEO

© AR Ministry of DefenceTaktiki təlimin məşqləri
Taktiki təlimin məşqləri - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə taktiki təliminin məşqləri davam edir.
BAKI, 21 oktyabr - Sputnik. Ölkəmizdə keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirirlər. Bu barədə Müdafiə nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, birgə təlimin növbəti məşqlərində həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif fəaliyyətləri yerinə yetiriblər.
Plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra edilib.
Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib. "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0