DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail üç yüzdən artıq əsgər itirib

© AP Photo / Ohad Zwigenbergİsrail hərbçiləri, arxiv
İsrail hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Fələstin Səhiyyə Nazirliyi isə İsrailin cavab tədbirləri nəticəsində ən azı 4137 fələstinlinin öldürüldüyünü açıqlayıb
BAKI, 21 oktyabr — Sputnik. HƏMAS qruplaşmasının İsrailə hücum etməsi nəticəsində bu günədək 307 əsgər həlak olub. “Indiatoday”in xəbərinə görə bu barədə İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Həqari deyib.
Onun sözlərinə görə, radikalların Qəzza zolağından İsrailə atdığı 550-dən çox raket Fələstin anklavına (Bir dövlətin ərazisinin hamısı başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunması) düşüb.
İsrailin baş naziri Benyamin Netanyahu isə, ordusunun anklavda gözlənilən quru hücumundan əvvəl Qəzzada "qələbəyə qədər mübarizə aparacağına" söz verib.
Fələstin Səhiyyə Nazirliyi isə İsrailin cavab tədbirləri nəticəsində ən azı 4137 fələstinlinin öldürüldüyünü açıqlayıb. BMT isə Qəzzada bütün evlərin təxminən üçdə birinin zədələndiyini, 13 000-ə yaxınının isə tamamilə dağıldığını bildirib.
Qeyd edək ki, hazırda dünya mediası Qəzzada vəziyyətin daha da pisləşdiyindən xəbər verir. Yaxın Şərqin bir sıra şəhərlərində Qəzzanın mühasirəyə alınmasına qarşı etiraz aksiyaları keçirilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə raket atıb və həmin gün İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyətin olduğunu elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu isə ölkəsinin müharibə vəziyyətində olduğunu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0