CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkər xəstələrinə müjdə

© Sputnik / Виталий Аньков / Mediabanka keçidİnsulin
İnsulin - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Zərdəçalın metabolik sindrom, diabet və prediabetli xəstələrin metabolik parametrlərinə təsiri ilə bağlı alimlər bildirib ki, o xüsusən də şəkər xəstələri üçün faydalıdır.
BAKI, 21 oktyabr - Sputnik. "Plos One" jurnalında nəşr olunan araşdırmanın nəticələrinə əsasən zərdəçal, yəni sarıkök metabolik sindrom, II tip diabet və prediabetli xəstələrə faydalıdır.
Alimlər bildirir ki, az inkişaf etmiş ölkələrdə qabaqcıl müalicə üsulları əlçatan olmadığı üçün yerli bitkilərin dərman məqsədli istifadəsinə rast gəlinir. Tədqiqatçılar xüsusi olaraq qeyd edir ki, qida və tibdə istifadə olunan zərdəçal diabet xəstələri üçün çox faydalıdır.
Zərdəçalın metabolik sindrom, diabet və prediabetli xəstələrin metabolik parametrlərinə təsiri ilə bağlı alimlər bildirib ki, o xüsusən də şəkər xəstələri üçün faydalıdır.
Onların sözlərinə görə, sarıkök bədəndə artmış olan alfa amilazanı blokada edərək mədəaltı vəzinin dağılmasının qarşısını alır. Nəticədə sarıkök mədəaltı vəzin regenerasiyasını sürətləndirir, nəticədə şəkərin aşağı düşməsinə səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0