https://sputnik.az/20231021/kosmetoloq-menzilde-istilik-sistemi-deriye-pis-tesir-edir-459796501.html
Kosmetoloq: mənzildə istilik sistemi dəriyə pis təsir edir
Kosmetoloq: mənzildə istilik sistemi dəriyə pis təsir edir
Sputnik Azərbaycan
Quru hava təkcə dəriyə deyil, həm də ümumi sağlamlığa da təsir göstərir. 21.10.2023, Sputnik Azərbaycan
2023-10-21T01:35+0400
2023-10-21T01:35+0400
2023-10-21T01:35+0400
kosmetoloq
səhiyyə
dəri
alimlər
maye
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457331825_0:320:3071:2048_1920x0_80_0_0_96f834c6d37ce8c88cf13239b2950dbb.jpg
BAKI, 21 oktyabr — Sputnik. Quru hava dəriyə mənfi təsir göstərir: dəridə su balansı pozulur və daha həssas olur. Bunu kosmetoloq Yana İlyina deyib. İstilik sitemi mövsümünün başlaması ilə mənzillərdə hava daha az rütubətli olur. Bunun nəticəsində dəri qurumağa başlayır (xüsusilə dəyişikliklərə həssas olan dərilərdə). Quru havanın üzünüzə mənfi təsir göstərməməsi üçün aşağıdakı tədbirlər görülməlidir. İlk öncə, dəri altındakı nəmi bərpa etmək üçün çoxlu maye içmək lazımdır. Ikincisi, dəri üçün düzgün kosmetik baxımını təmin etmək mütləqdir. Üzu yumaq üçün daha yumşaq məhsullardan istifadə edin, məsələn üz yuma üçün maye sabunlar. Daim nəmləndirici vasitələri tətbiq etmək məsləhətdir. B5 vitamini olan serum, həmçinin peptidli kremlər dəriyə faydalı təsir göstərir. Quru havanın dərhal göz ətrafındakı dəriyə təsir edəcəyini xatırlamaq lazımdır, çünki bu sahə çox incə və həssasdır. Buna görə də onun xüsusi qayğıya ehtiyacı var. Terapevt Tatyana Romanenko "360" telekanalında qeyd edib ki, quru hava təkcə dəriyə deyil, həm də ümumi sağlamlığa da təsir göstərir. Həkim bildirib ki, otaqda rütubətin olmaması virusların yayılmasına səbəb olur. Burunun selikli qişası quruyur (bu infeksiyaların nüfuz etməsinə qarşı bir növ qalxandır), bununla da immun funksiyası azalır. Öz növbəsində tibb elmləri namizədi Andrey Kondraxin "Life"a bildirib ki, mənzildə iqlim dəyişikliyi xroniki xəstəlikləri ağırlaşdıra və allergiyaya səbəb ola bilər. Quru hava sağlamlığı pisləşdirə bilər və yerdə olan toz bakteriya ilə birlikdə kəskin respirator virus infeksiyalarına (KRVİ) səbəb olur. Həkimin sözlərinə görə, quru və isti hava həmçinin tənəffüs yollarının patologiyalarına da gətirib çıxar bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457331825_340:0:3071:2048_1920x0_80_0_0_4bdf965e1a173e9bb2c54bbef86c9453.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kosmetoloq, dəri, alimlər, maye
kosmetoloq, dəri, alimlər, maye
Kosmetoloq: mənzildə istilik sistemi dəriyə pis təsir edir
Quru hava təkcə dəriyə deyil, həm də ümumi sağlamlığa da təsir göstərir.
BAKI, 21 oktyabr — Sputnik. Quru hava dəriyə mənfi təsir göstərir: dəridə su balansı pozulur və daha həssas olur.
Bunu kosmetoloq Yana İlyina deyib.
İstilik sitemi mövsümünün başlaması ilə mənzillərdə hava daha az rütubətli olur. Bunun nəticəsində dəri qurumağa başlayır (xüsusilə dəyişikliklərə həssas olan dərilərdə).
Quru havanın üzünüzə mənfi təsir göstərməməsi üçün aşağıdakı tədbirlər görülməlidir.
İlk öncə, dəri altındakı nəmi bərpa etmək üçün çoxlu maye içmək lazımdır.
Ikincisi, dəri üçün düzgün kosmetik baxımını təmin etmək mütləqdir.
Üzu yumaq üçün daha yumşaq məhsullardan istifadə edin, məsələn üz yuma üçün maye sabunlar. Daim nəmləndirici vasitələri tətbiq etmək məsləhətdir. B5 vitamini olan serum, həmçinin peptidli kremlər dəriyə faydalı təsir göstərir.
Quru havanın dərhal göz ətrafındakı dəriyə təsir edəcəyini xatırlamaq lazımdır, çünki bu sahə çox incə və həssasdır. Buna görə də onun xüsusi qayğıya ehtiyacı var.
Terapevt Tatyana Romanenko "360" telekanalında qeyd edib ki, quru hava təkcə dəriyə deyil, həm də ümumi sağlamlığa da təsir göstərir.
Həkim bildirib ki, otaqda rütubətin olmaması virusların yayılmasına səbəb olur. Burunun selikli qişası quruyur (bu infeksiyaların nüfuz etməsinə qarşı bir növ qalxandır), bununla da immun funksiyası azalır.
Öz növbəsində tibb elmləri namizədi Andrey Kondraxin "Life"a bildirib ki, mənzildə iqlim dəyişikliyi xroniki xəstəlikləri ağırlaşdıra və allergiyaya səbəb ola bilər. Quru hava sağlamlığı pisləşdirə bilər və yerdə olan toz bakteriya ilə birlikdə kəskin respirator virus infeksiyalarına (KRVİ) səbəb olur. Həkimin sözlərinə görə, quru və isti hava həmçinin tənəffüs yollarının patologiyalarına da gətirib çıxar bilər.