https://sputnik.az/20231021/hakan-fidan-qezzadaki-veziyyeti-muzakire-etmek-ucun-qahireye-yola-dusub-459814575.html
Hakan Fidan Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Qahirəyə yola düşüb
Hakan Fidan Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Qahirəyə yola düşüb
Sputnik Azərbaycan
Zirvə Toplantısında Qəzzada baş verənlər, Fələstin münaqişəsinin nəticələri, necə inkişaf edəcəyi və sülh prosesi müzakirə olunacaq 21.10.2023, Sputnik Azərbaycan
2023-10-21T15:23+0400
2023-10-21T15:23+0400
2023-11-04T10:15+0400
dünya xəbərləri
hakan fidan
türkiyə
qahirə
https://cdnn1.img.sputnik.az/img/07e7/08/07/457492129_0:0:3072:1728_1920x0_80_0_0_8b7edcbd867b6c7f05686ce4b59a9575.jpg
BAKI, 21 oktyabr — Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Misirdə keçirilən dövlət və hökumət başçılarının Zirvə Toplantısında iştirak etmək üçün Qahirəyə gedib. Bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, Zirvə Toplantısında Qəzzada baş verənlər, Fələstin münaqişəsinin nəticələri, necə inkişaf edəcəyi və sülh prosesi müzakirə olunacaq. Bu gün keçiriləcək zirvə toplantısı çərçivəsində Hakan Fidanın təkbətək görüşlər keçirəcəyi gözlənilir. Qeyd edək ki, hazırda dünya mediası Qəzzada vəziyyətin daha da pisləşdiyindən xəbər verir. Yaxın Şərqin bir sıra şəhərlərində Qəzzanın mühasirəyə alınmasına qarşı etiraz aksiyaları keçirilib. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə raket atıb və həmin gün İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyətin olduğunu elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu isə ölkəsinin müharibə vəziyyətində olduğunu qeyd edib.Münaqişə hər iki tərəfdən çoxsaylı insan tələfatı ilə müşayiət olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
qahirə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/07/457492129_321:0:3050:2047_1920x0_80_0_0_7c3fde50f62e78e7de267fa63a45bf10.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hakan fidan, türkiyə, qahirə
hakan fidan, türkiyə, qahirə
Hakan Fidan Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Qahirəyə yola düşüb
15:23 21.10.2023 (Yenilənib: 10:15 04.11.2023) Zirvə Toplantısında Qəzzada baş verənlər, Fələstin münaqişəsinin nəticələri, necə inkişaf edəcəyi və sülh prosesi müzakirə olunacaq
BAKI, 21 oktyabr — Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Misirdə keçirilən dövlət və hökumət başçılarının Zirvə Toplantısında iştirak etmək üçün Qahirəyə gedib. Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Zirvə Toplantısında Qəzzada baş verənlər, Fələstin münaqişəsinin nəticələri, necə inkişaf edəcəyi və sülh prosesi müzakirə olunacaq.
Bu gün keçiriləcək zirvə toplantısı çərçivəsində Hakan Fidanın təkbətək görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda dünya mediası Qəzzada vəziyyətin daha da pisləşdiyindən xəbər verir. Yaxın Şərqin bir sıra şəhərlərində Qəzzanın mühasirəyə alınmasına qarşı etiraz aksiyaları keçirilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə raket atıb və həmin gün İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyətin olduğunu elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu isə ölkəsinin müharibə vəziyyətində olduğunu qeyd edib.
Münaqişə hər iki tərəfdən çoxsaylı insan tələfatı ilə müşayiət olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.